“Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” - YENİLƏNİR - FOTOLAR

“Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” - YENİLƏNİR - FOTOLAR

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, iki ölkənin parlament nümayəndələri və ekspertləri iştirak edirlər.

Dəyirmi masanın müzakirə mövzusu Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırki vəziyyətinə aiddir.

Tədbiri giriş sözü ilə açan BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələri qoruyub saxlamaq Azərbaycanın xarici siyasətində prioritet məsələdir: “Bu gün biz ikitərəfli əməkdaşlığa dair mühüm mövzuları, regiondakı vəziyyəti, o cümlədən hazırda Qazaxıstandakı yenilikləri müzakirə edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə