“Etnik-irqi ayrı-seçkilik Fransanın dövlət siyasətinə çevrilib” - DEPUTAT ŞƏRH ETDİ
“Müasir dövrdə proseslərin gedişi aydın formada göstərir ki, qlobal miqyasda özünü insan haqları müdafiəçisi kimi təqdim etməyə cəhd göstərən Fransa, əslində, hüquq və azadlıqları istismar edən, insan haqlarının səmərəli müdafiəsinə maneəyə çevrilmiş beynəlxalq subyektdir. Bu tezisin Fransanın sərhədlərindən kənarda, Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikada törətdiyi soyqırım və qətliamlar fonunda, təbii ki, sübuta ehtiyacı yoxdur. Amma dəhşətlisi odur ki, dünyaya hüquq dərsi keçmək iddiasında olan Fransa dövləti öz daxilində də insan haqlarının ən kəskin pozuntularına yol verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, xüsusən, etnik-irqi ayrı-seçkilik Fransanın dövlət siyasətinə çevrilib: “Xüsusən, müsəlmanları hədəfə alan bu siyasətin təməlində dövlət səviyyəsində dəstəklənən və bir çox hallarda açıq cinayətlərdə ehtiva olunan nifrət və seqreqasiya dayanır. Ən dəhşətlisi isə budur ki, daha effektli və daha dərin yaralar açmaq üçün Fransa hakimiyyət orqanları müsəlman qadınları xüsusilə hədəfə alır. Üstəlik, qadınlara münasibətdə xüsusi ayrı-seçkilik, mənəviyyat və inancla bağlı olan amillərə təcavüz qanunvericilik səviyyəsində rəsmiləşdirilməklə Paris müsəlmanlara nifrətini açıq formada bəyan edir”.
Deputat sözlərinə belə davam edib: “Fransa BMT-nin idarəçilərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. BMT-nin əsas məqsədlərindən biri isə nifrət və bölünmə yaradan faktorlar olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulmasıdır. İrqi ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyasında ifadə olunur ki, ayrı-seçkilik, üstünlük və ya nifrətə əsaslanan hökumət siyasətləri əsas insan hüquqlarını pozur, millətlər arasında dostluq və sülh münasibətlərinə və xalqlar arasında əməkdaşlıq, habelə beynəlxalq sülh və təhlükəsizliyə mane olur. Bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa nəinki Təşkilatın məqsədlərinə xidmət etmir, üstəlik, istər öz daxilində, istər təsir dairəsində saxladığı ölkələrdə, habelə Cənubi Qafqaz kimi təsir dairəsinə salmağı xəyal etdiyi ölkələrdə saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz və təhlükəli üsul və metodlara söykənən təhlükəli siyasət yürütməklə bəşəri dəyərlərə zərbə vurur. Təbii ki, belə bir dövlətin BMT Təhlükəsizlik Şurasında təmsil olunması yolverilməzdir, əks halda BMT onsuz da azalmaqda olan nüfuz və təsirini tamamilə itirəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB