“Hərbi uğurlar ABŞ-ın Ukraynaya dəstəyinin nəticəsidir” POLİTOLOQ ŞƏRH ETDİ
“ABŞ dövlət katibi Blinkenin Ukraynaya səfəri, əlbəttə ki, Ukraynanın hərbi əks hücumları fonunda reallaşdı. Göründüyü kimi, Ukrayna cəbhədə uğurlar əldə edir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Blinken əlavə olaraq Ukraynaya 1 milyarda dollar hərbi paket təqdim edildiyini bildirdi. Həmçinin, ABŞ dövlət katibi Ukraynanın yeni müdafiə naziri ilə də görüşdü. Hərbi uğurlar ABŞ-ın Ukraynaya tam siyasi və hərbi dəstəyinin nəticəsidir. ABŞ dövlət katibinin Kiyevə səfəri Moskva mesajdır ki, artıq Ukrayna əks hücumları fonunda ABŞ siyasi və hərbi baxımdan Ukraynanın yanındadır. Yəni, burada Rusiya nəticə gözləməlidir. Əlbəttə ki, Rusiya üçün bu, narahatlıq doğurur. Rusiyanın Ukraynaya qarşı yalnız bu kimi addımları Kiyevə və digər şəhərlərə ballistik raketlər tətbiq etməsi ilə nəticələnir. Ümumiyyətlə, Blinkenin Kiyevdə verdiyi mesajlar Qərblə Rusiya arasında böyük bir siyasi və hərbi savaşın gərginləşməsinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB