"Erməni millətçiləri məğlubiyyətin əvəzini çıxmağa ümid edirlər” - POLİTOLOQ ŞƏRH ETDİ
“Cəbhədəki erməni təxribatları bölgədəki gərginliyin artmasına xidmət edir. Bu məsələdə erməni tərəfi sadəcə olaraq icraçıdır, sifarişçi tərəflər isə Azərbaycan dövlətinə məlumdur, bu, okeanın o tayından Paşinyan rejiminə dəstək verən tərəflər, Fransa, erməni diasporu və onun lobbiçilik etdiyi siyasətçilərdir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bunda məqsəd danışıqlara və ilk növbədə, Qarabağ erməni icmasının Azərbaycana reinteqrasiyasına mane olmaq, danışıqların baş tutmamasına görə rəsmi Bakını gunahlandırmaqdır: “Azərbaycan tərəfinin antiterror əməliyyatına gedəcəyi təqdirdə, onu Qarabagda ermənilərə qarşı etnik təmizləmə siyasətini həyata keçirməkdə ittiham etmək, ən başlıcası bizləri Rusiya sülhməramlıları ilə toqquşdurmaq, qardaş Türkiyəni Rusiyaya qarşı hərbi əməliyyatlara sövq etməklə Ankara və Moskva arasındakı münasibətləri pozmaqdır. Eyni zamanda, Rusiyanı Cənubi Qafqazda da hərbi əməliyyatlara sövq etməklə Ukraynadakı cəbhədə qüvvələr nisbətinin Qərbin xeyrinə dəyişməsinə nail olmaq, Azərbaycanda və Türkiyədə anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaqdır. Təbii ki, bütün bunların baş verəcəyini düşünən erməni millətçiləri bununla 44 günlük Vətən Müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa və revanş götürmək üçün əlverişli vəziyyətin yaranacağına ümid edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB