"Araik Arutunyan qanun qarşısında cavab verəcək​" - DEPUTAT ŞƏRH ETDİ

"Araik Arutunyan qanun qarşısında cavab verəcək​" - DEPUTAT ŞƏRH ETDİ

"Araik Arutunyanın istefasının nələrisə dəyişib-dəyişməyəcəyini qarşıdakı proseslər və zaman göstərəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, burada dəyişilməsi gərəkən əsas məsələ xislətdir, ermənilərin xain təfəkkürüdür, məsələyə, mövzuya yanaşmalarıdır: "Araik və rəhbəri olduğunu iddia etdiyi qondarma qurum heç bir zaman ciddiyə alınmayıb və bundan sonra fərdlər əvəzlənsə belə, yenə ciddiyə alınmayacaq. Üstəlik, diqqət edin: Ümumiyyətlə, erməni siyasi mühitində ciddi bir xaos yaşanır. Hamısı bir-birinə qarışıb. Bütün polemikalar ittiham, hücum üzərində qurulur. Bilirsinizmi niyə? Çünki ermənilərin başbiləni yoxdur. Yəni, Ermənistan yiyəsizdir. Bir sözlə, Ermənistan buyruq quludur. Sülh prosesinin gecikdiyi hər növbəti gün Ermənistanın öz başında çatlayacaq. Bundan ən çox itirən, məhz Ermənistan olacaq. Ermənistanın Baş naziri Nikol Paşınyanın zərrə qədər praqmatikliyi varsa prosesi görməli, onu düzgün dəyərləndirməli və gecikmədən sülh müqaviləsini imzalamalıdır. Araik Arutunyanın gələcək perspektivinə gəlincə isə onu deyim ki, bu adam canişindir, terrorçudur və çox yaxın zamanlarda törətdiyi bütün cinayətlərə görə qanun qarşısında cavab verəcək​".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə