Sərsəng su anbarındakı erməni terroruna BAXIŞ - QHT RƏSMİLƏRİ DANIŞDI

Qeyri-hökumət təşkilatları (QHT) ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “1976-cı ildə Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində, Tərtərçay üzərində tikilmiş Sənsəng su anbarı qəzalı vəziyyətdədir. Azərbaycan tərəfindən bununla bağlı dəfələrlə müvafiq beynəlxalq qurumlara müraciətlər edilib. Dünən Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı da problemlə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi. Müraciətdə qəzalı vəziyyətdə olan Sərsəng su anbarının bölgə üçün ekoloji təhdid halına gəldiyi vurğulanır. Məlumdur ki, su anbarı 1993-cü ildə Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri kimi işğalçı Ermənistan ordusunun nəzarət altına keçmişdi. 2002-ci ildə 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Lakin Sərsəng su anbarı Rusiya sülhməramlılarının nəzarət etdiyi böldəgə yerləşir. Hazırda su anbarı qondarma rejimin nəzarəti altındadır. Su anbarı 10 ildir baxımsız qalıb. Monitorinqlərin nəticəsi göstərir ki, su anbarında ciddi təmir-bərpa işlərinə ehiyac var. Hündürlükdə yerləşən su anbarının divarlarında, bəndlərində bərkitmə işləri aparılmalı, Sovet dövründən qalma hidrotenxiki qurulan yenilənməlidir. Bunu isə qondarma rejim, nə də Ermənistan tərəfi edəsi deyil. Təsəvvür edin ki, bölgəyə normadan artıq yağıntı düşsə, su anbarı dolub daşsa, ətraf ərazilər hansı vəziyyətə düşəcək. Su anbarından aşağıda yerləşən azərbaycanlıların yaşadığı kəndlər, əkin sahələri, örüş yerləri, meşə sahələri, müxtəlif infrastrukturlar cidid təhdid altındadır. Bu su anbarı Azərbaycanın vəsaiti hesabına tikilib. 30 il öncə Azərbaycanın 6 rayonu: Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Yevlax və Goranboy rayonlarının 100 min hektarlarla əkin sahələri suvarma suyunu Sərsəngdən götürürdü. Ermənilər su resurslarını düzgün idarə etmirlər. Bölgədə su ehtiyatları ədalətsiz şəkildə bölünüb. Bu üzdən Sərsəng su anbarına nəzarət Azərbaycana verilməlidir”.

Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi olaraq Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatıq. Bu su anbarına qarşı terrorçu ermənilər və onların himayədar tərəfindən törədilən ekoloji terror törədilir. Biz də bunun müqabilində sakit dayana bilmərik, ona görə də öz haqlı etiramızı bildiririk.

Azərbaycanın uzun illər işğal altında olan torpaqlarını azad etməsini və qələbəsini həzm edə bilməyən erməni və havadarları ekoloji terror aktları törətməyə cəhd göstərir. Qəzəbini bu yolla çıxarmağa çalışan Ermənistan unutmasın ki, dəmir yumruq yerindədir. Əgər himayədarlarına arxalanırsa, unutmasın ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı tək qoymuşdular və Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir himayədar ölkə tab gətirmək iqtidarında deyil.

Odur ki, Ermənistan bütün təxribatlarından əl çəkməli və Azərbaycanın mövqeyinə uyğun olaraq sülh üzərində işləməlidir. Azərbaycan regionda sabitliyə və təhlükəsizliyə, eləcə də davamlı sülhə nail olmaq üçün əlindən gələni edir. Amma görünən odur ki, Ermənistan isə bunun qarşılığında öz çirkin siyasətini davam etdirir və terrorçuluq fəaliyyətini nümayişkəranə şəkildə təqdim edir.

Məlumdur ki, 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpaya ciddi ehtiyac var. Ermənistan bu anbarı uzun illər qanunsuz olaraq istismar edib və bu cinayətkarlığını hələ də davam etdirmək istəyir.

Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə malikdir. Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər.

Odur ki, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistanın bu ekoloji terrorunu dayandırmağa, bu ölkəni terrorçu əməllərdən çəkindirməyə çağırırıq”.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: "Sərsəng su anbarı hələ sovet dövründə Azərbaycanın kifayət qədər böyük bir kənd təsərrüfatı sahəsini su ilə təmin etmək üçün tikilmiş su hövzəsidir. Təəssüf ki, Sərsəng su anbarı bəzi ərazilərimiz kimi hələ də işğal altındadır. Sərsəng su anbarının bugünkü vəziyyəti ilə bağlı təcili olaraq Azərbaycan idarəçiliyinə verilməsinə ciddi ehtiyac var. İşğal olunmuş bütün ərazilərimizdə evlər, meşələr, çaylar və s. bərbad günə qaldığı üçün vəziyyət ciddidir. İstənilən bir tikilinin mütəmadi olaraq nəzarətə, qulluğa, təmirə ehtiyacı var. Bütün dünya görür ki, ermənilər işğal dövründə Azərbaycan torpaqlarında hansı oyunlardan çıxıblar. O cümlədən, Sərsəng su anbarı da 30 il ərzində yalnız təzyiq, təhdid və s. ilə bağlı istifadə olunub. Bu hallar indi də davam edir. Hesab edirik ki, Sərsəng su anbarında ciddi monitorinqlər aparılmalıdır ki, vəziyyət nə yerdədir. Su bəndi ilə bağlı vəziyyət ciddi ola bilər. Eyni zamanda, ətrafda ekoloji fəlakət törənə bilər. Sərsəng su anbarının bugünkü vəziyyəti ciddi siqnal kimi qarşımıza çıxır. Bununla bağlı mütləq Azərbaycan hökuməti tədbirlər görməlidir. Beynəlxalq təşkilatlar də Sərsəng su anbarının Azərbaycanın idarəçiliyinə verilməsi və bu proseslərin davam etdirilməsi yönündə addımlar atılmalıdır. Neçə illərdir ekoloji tələblər irəli sürdükcə qarşı tərəf şüvənlik salır ki, Azərbaycan təzyiq göstərir. Amma bunun öhdəsindən gələ bilmədikdə bizə başqa çıxış yolu qalmır. Əgər Qarabağda yaşayan ermənilər və qondarma strukturları bunu həll edə bilmirsə, başqa nə edə bilərik?! Təbii ki, onların buna qarışmağa heç bir haqqı yoxdur. Əminik ki, bu məsələ Azərbaycan idarəçiliyində öz həllini tapacaq".

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə: “Sərsəng su anbarına nəzarət çox vacib bir məsələdir. Ermənilərin bu məsələyə aidiyyatı olmamalıdır. Çünki qanuna əsasən həmin ərazi Azərbaycanındır. Eyni zamanda, Azərbaycanın bir sıra Qeyri Hökumət Təşkilatları bəyanat verməklər ekoloji terrora qarşı münasibətini bildirib. Düşünürəm ki, bu həm də insanların ekoloji və sosial məsələlərinə böyük təsir göstərəcək. Ona görə də sosial yönümlü təşkilatlar da bu məsələyə öz münasibətini bildirir. Mən də QHT-lərin həmin ekoloji terrorla bağlı bəyanatını dəstəkləyərək qeyd edirəm ki, Sərsəng su anbarı bilavasitə Azərbaycanın nəzarəti altına keçməlidir".

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal: "30 illik işğal dövründə ermənilər Azərbaycan torpaqlarından geniş şəkildə yararlanıblar. Azərbaycanın yalnız yaşayış məntəqələrini məhv etmək və ya onları xammal tikinti materialları kimi Ermənistana daşımaqla kifayətlənməyiblər, eyni zamanda təbiətin, təbii sərvətlərin məhv edilməsində vandallıq nümunələri göstəriblər. Kəlbəcərdə çayların üzərində qurulmuş elektrik stansiyaları hesabına iki-üç istiqamətdə Ermənistana elektrik enerjisi ötürülüb. Bundan əlavə, Qarabağ torpaqlarında əkdikləri taxıl hesabına Ermənistanın taxıl ilə təchizatının müəyyən hissəsini təşkil ediblər. Eyni addımlar Sərsəng su anbarında da göstərilib. Sərsəng su anbarının ekoloji tarazlığı pozulub. Nəzərə almaq lazımdır ki, Sərsəng su anbarı Kəlbəcərdən qaynağını götürən Tərtər çayı və ona qoşulan digər çaylar hesabına formalaşır. Buradan da onun suyu Azərbaycanın aran rayonlarına ötürülür. Son illərdə Sərsəng su anbarının vəziyyəti qətiyyən ürəkaçan deyil. Hətta bir neçə ay əvvəl azərbaycanlı mütəxəssislər həmin ərazidə olmuşdular. Nəzərdə tutulurdu ki, həmin su hövzəsinə mütəmadi olaraq baxış keçirilsin. Amma sonrakı dövrdə buna imkan verilmədi. Hazırda Azərbaycanın bir qrup QHT-ləri öz səslərini ucaldıblar ki, Sərsəng su anbarı yalnız Qarabağda yaşayan ermənilərin istifadə edəcəyi su hövzəsi deyil. O, eyni zamanda Azərbaycanın təbii sərvətidir. Bu baxımdan Azərbaycan dövləti həmin su hövzəsinin qurtarılması, istifadənin effektivləşməsi zəruri olan addımları atmalıdır. Beynəlxalq təşkilatların Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı reaksiyalarını gözləməkdəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə