Rafahda Misirə gedən 50 tunel aşkarlanıb

...Haaqa Beynəlxalq Məhkəməsi Cənubi Afrikanın Qəzza zolağının cənubunda əməliyyatı dayandırmaq tələblərini ikinci gündür ki, müzakirə edir.

SİA “Detallar”-a istinadən xəbər verir ki, buna görə də İsrail tərəfi orada aşkarlanan bəzi tapıntılar barədə hakimlərə məlumat verib.

İlk növbədə, təbii ki, söhbət yeraltı tikililərdən gedir. İsrail Ədliyyə Nazirliyinin sözçüsü Qilad Noam Rəfahda artıq aşkar edilmiş 700 tunel enişindən danışıb.

...Onlardan təxminən 50-si Misirə aparır.

Bunu Noam deyib.

Misir sərhədindən keçən tunellər qoşunların Rəfaha daxil olmasından dərhal sonra aşkar edilməyə başlanıb.

Onlar qaçaqmalçılıq üçün istifadə olunurmuş, terrorçular qaçmaq üçün istifadə edirdilər.

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1000 yaralı HƏMAS-ın Türkiyə xəstəxanalarında müalicə olunduğunu bildirmişdi.

Əgər bu doğrudursa, o zaman onlar Qəzza zolağının hamısını eyni tunellərlə tərk ediblər.

...Amma ən əsası odur ki, bu yeraltı şəbəkənin bir yerində, İsrail məlumatlarına görə, girovlar var.

Noam bildirib ki, Cənubi Afrikanın məhkəmədən Rəfahdakı əməliyyatı dayandırmaq tələbi qaçırılanların orada buraxılması tələbidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə