Bu ölkələr Rusiya kömüründən imtina edirlər..?

...İlk üç ayda Rusiya kömürünün son iki ildə xaricdə əsas alıcısına çevrilən Çin, Hindistan və Türkiyəyə tədarükü kəskin şəkildə azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” Energetika Nazirliyinin statistikasına istinadən yazır. ...Beləliklə, Hindistana ixrac yarıdan çox azalaraq 4,7 milyon tona, Türkiyəyə təxminən iki dəfə 4,1 milyona, Çinə isə 16 faiz azalaraq 12,9 milyona düşüb.

Cənubi Koreya (1,7 dəfə azalma, 1,4 milyon ton), Yaponiya (3,7 dəfə azalma, 449 min ton) və Tayvan (11 dəfə azalma, 95 min tona) da sürətlə Rusiya kömüründən imtina etməyə başlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə