Xarici İşlər Nazirliyi Qərbi Rusiya ərazisinə zərbələrə görə məsuliyyətlə bağlı xəbərdar edir

...Rusiya öz ərazilərinə edilən təcavüzləri cavabsız qoymayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb və Ukraynaya odla oynadıqları barədə xəbərdarlıq edərək deyib.

...Biz bir daha Vaşinqtonu, Londonu, Brüsseli, digər Qərb paytaxtlarını, eləcə də onların nəzarətində olan Kiyevi birmənalı şəkildə xəbərdar etmək istərdik ki, onlar odla oynayırlar. Rusiya öz ərazisinə bu cür təcavüzləri cavabsız qoymayacaq.

Bu, Zaxarova adından departamentin saytında yerləşdirilən bəyanatda deyilir.

Diplomat qeyd edib ki, ukraynalı yaraqlıların hücumlarının arxasında ABŞ və Böyük Britaniyadan olan kuratorların “profili” “aydın şəkildə ortaya çıxır. Onlar nəinki Kiyevi ağır silahlar və uzaqmənzilli raketlərlə təmin edir, həm də Rusiya ərazisinə zərbələr endirilməsinə razılıq verirlər.

Zaxarova vurğulayıb ki, bu, münaqişənin daha da genişlənməsinə kömək edir.

O, həmçinin Ukraynadakı “Bandera qruplaşması”nın Qərb ustalarının Kiyevə artan səfərləri fonunda öz cəzasızlığına inandığına diqqət çəkib.

Qeyd edilməlidir ki, ötən gün Zaxarova Vladimir Zelenskinin başçılıq etdiyi Kiyev rejimini heç bir Qərb silahının xilas edə bilməyəcəyini bəyan edib.

...Heç bir silah Zelenskinin cinayətkar rejimini dağılmaqdan xilas edə bilməz. Ukraynaya gətirilən bütün hərbi texnika məhv ediləcək.

Bunu brifinq zamanı bildirən Zaxarova bu nəticəyə şübhə edənlərin hamısını Moskvada Poklonnaya təpəsində ələ keçirilən hərbi texnikanın sərgisini ziyarət etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə