Putin Belousovun təyinatının məqsədini açıqlayıb...

Rusiya Müdafiə Nazirliyinin yeni rəhbəri Andrey Belousov Rusiyanın ən yaxşı iqtisadçılarından biridir. Belə ki, o, nazirliyin digər idarələrlə işini əlaqələndirməyə qadirdir. SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Harbində keçirdiyi mətbuat konfransında deyib.

...Andrey Removiç, bildiyiniz kimi, iqtisadiyyat naziri idi, o, ümumiyyətlə, yaxşı iqtisadçı, ölkənin ən yaxşılarından biri hesab olunur. O, mənim iqtisadi köməkçim olub, hökumət sədrinin birinci müavini olub və bu mənada, təbii ki, Müdafiə Nazirliyinin fəaliyyətini ölkənin bütün nazirlikləri və idarələri ilə, regionlarla əlaqələndirməyə qadirdir.

Putin bildirib bunu. Rusiya prezidentinin fikrincə, tədqiqat mərkəzləri, iqtisadi fəaliyyət iştirakçıları, eləcə də hərbi məhsul istehsalçıları ilə konstruktiv iş üçün Rusiya Müdafiə Nazirliyini açmalıdır.

...O, Müdafiə Nazirliyini yeniliklər üçün açmalıdır, - deyə dövlət başçısı əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə