Anastasiya Kotovanın qatili həbs edilib...

...Sankt-Peterburqun Kolpinski Rayon Məhkəməsi “Una” qrupunun vokalçısı Anastasiya Kotovanın qətlində şübhəli bilinən şəxsi həbs edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

...İstintaqın məlumatına görə, Artem Tabaçuk qızı döyərək öldürüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu maddə üzrə maksimum cəza 15 il həbsdir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mayın 15-də Tabaçuk sərxoş halda mübahisə zamanı Kotovanın başına və bədəninə azı 15 zərbə vurub.

Və döyülmə nəticəsində qız dünyasını dəyişib.

“Fontanka” iddia edir ki, Tabaçuk özü təcili yardım xidmətləri və polislə əlaqə saxlayıb.

O, törətdiyi cinayəti etiraf edib. Əvvəllər həmin şəxs quldurluğa görə üç dəfə məhkum olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə