Finlandiya prezidenti “otkaz” gedir..?

Finlandiya prezidenti NATO-nun nüvə silahlarına ev sahibliyi etməyi xahiş etmədiyini deyir...

Finlandiya Şimali Atlantika Alyansının rəhbərliyinə öz ərazisində NATO nüvə silahlarının yerləşdirilməsi xahişi ilə müraciət etməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Finlandiyanın prezidenti Aleksandr Stubb Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində bildirib.

...NATO-nun üç çəkindirici sütunu var: qoşunlar, raketlər və nüvə çətiri, bu, əsasən ABŞ və müəyyən dərəcədə Böyük Britaniya tərəfindən təmin edilir. Bu, müdafiəmizin vacib hissəsidir. Heç kim Finlandiyada nüvə silahı istəməyib, heç kim onları bizə vermir, lakin nüvə qarşısının alınmasında iştirak etməyin bir çox yolu var.

Qeyd edildiyi kimi, bunu Finlandiya prezidenti Aleksandr Stubb bildirib.

O qeyd edib ki, Finlandiya Şimali Atlantika Alyansına daxil olduqdan sonra Rusiya ilə uzun sərhədini nəzərə alaraq, onda mühüm rol oynamaq istəyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə