Böyük Britaniya iki rus şirkətinə qarşı sanksiya tətbiq edib

...Britaniya cümə günü iki rus şirkətinə qarşı sanksiyalar elan edib. Məhdudiyyətlərə konteynerləri daşıyan “Eastern Stevedoring Company” və “Fuel and Bunker Company” daxildir. Onların hər ikisi Naxodkada qeydiyyatdadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Fuel and Bunker Company” -nın direktoru Aleksey Vorotnikov da sanksiyalara məruz qalıb.

Britaniya hökumətinin saytında yer alan mesaja görə, “Fuel and Bunker Company” və Vorotnikov nefti KXDR-ə daşıyan gəmilərin Rusiyanın Vostoçnı limanında bunkerə buraxılmasına icazə verdiyinə görə sanksiyaya məruz qalıb.

…Rusiya və Şimali Koreya arasında neft məhsullarının daşınması ilə məşğul olduğu iddia edilən KXDR-dən gələn Paekyanqsan Gəmiçiliyinə də məhdudiyyətlər qoyulub. Qeyd edək ki, sanksiyalar Moskva və Pxenyanın neft müqabilində silah ticarəti vasitəsilə BMT sanksiyalarını pozmaq və ya yan keçmək cəhdlərinə yönəlib.

…Putin Ukraynadakı qeyri-qanuni müharibəsini davam etdirmək üçün əlindən gələni edir, hətta Şimali Koreya ilə qeyri-qanuni ticarət sazişlərinə də əl atır və Rusiyanın özünün səs verdiyi BMT sanksiyalarını kobud şəkildə pozur.

Bunu Britaniyanın xarici işlər naziri David Cameron deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə