Odessa meri şəhərdə silsilə partlayışların baş verdiyini bildirib

Odessada partlayış səsləri eşidilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhərin meri Gennadi Truxanov bildirib.

İlk partlayış saat 15:20-də baş verib.

İkinci, üçüncü və dördüncü - 16:20 ilə 17:00 arasında. Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiperin sözlərinə görə, partlayışlardan biri Odessa vilayətində eşidilib.

Bundan əvvəl Bryansk vilayətində bir qadın Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olub.

Rusiya səlahiyyətliləri mərhumun ailəsinə yardım vəd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə