Vicdansızların, ikiüzlülərin, yaltaqların almalı olduqları DƏRS – TƏHLİL

Vicdansızların, ikiüzlülərin, yaltaqların almalı olduqları DƏRS – TƏHLİL

Dünyanın gözü qarşısında baş verən qanunsuzluqlara, daha dəqiq desək, ermənilərin terror aktlarına, törətdikləri soyqırımlara, etnik təmizləmə və işğalçılıq siyasətinə vicdansızcasına dəstək vermək, ikiüzlülüklə, yaltaqlıqla bu siyasəti müdafiə etmək yalnız ikrah doğura bilər və sözsüz ki, bunun da bir sonu olmalıdır. Artıq ermənilər özləri belə bu vicdansızlara, yaltaqlara yerlərini göstərməyə başlayıblar, çünki belələrinə, özlərini satanlara hansısa bir ölkədə yer ola bilməz və eynən Viktor Krivopuskovun timsalında onlar gec-tez, nə vaxtsa qovulmağa məhkumdurlar.

Ermənistanla Rusiya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskova ötən həftə cümə axşamı İrəvan Zvartnots hava limanında Ermənistan xüsusi xidmət orqanları tərəfindən ölkəyə buraxılmayacağı bildirilib. Bu barədə Krivopuskov özü şəxsən TASS agentliyinin müxbirinə məlumat verib. “Məni ölkəyə buraxmadılar və Ermənistan üçün arzuolunmaz olduğumu bildirdilər, pasportumu da əlimdən aldılar. Mənə rəsmi kağızı da göstərmədilər və dedilər ki, bu gün Moskvaya qayıtmalısız”, deyə ermənilərin dostu kimi özünü göstərərək həmişə onlara yaltaqlanan ikiüzlü Krivopuskov məyus halda mızıldanıb TASS agentliyinin müxbirinə məlumat verdiyində.

Belə görünür ki, ermənilər lazımsız fiqurlardan, özü də yaltaq, vicdansız, ikiüzlü fiqurlardan yaxa qurtarmaq fikrindədirlər və belələrinin lazım olmadıqda qovulması istənilən halda labüd hesab olunur. Bəli, haqsızlığı, ədalətsizliyi, qanunsuzluğu, cinayəti lap əvvəlindən bu günə qədər müdafiə edən vicdansız axır ki, birmənalı şəkildə rədd edildi. Əslində, Azərbaycana qarşı qəddar münasibəti ilə seçilən bu vicdansız, ikiüzlü və yaltaq taleyin hökmündən öz dərsini aldı. Tam olmasa da, qismən də olsa dərsini aldı və əmin olsun ki, hələ daha böyük zərbə alacaq, özü də “dost” dediklərindən. Hələlik, o öz “dost” bildikləri tərəfindən qovulmaqla “təltif” edilib, amma tezliklə daha ağır zərbəsini alacağına zərrə qədər şübhə yoxdur. Bu zamana qədər erməni-rus dostluğu adı altında simasızlığını utanmadan göstərən vicdansızın başına gələcəklər də elə simasızcasına gəlməlidir və bu gözləniləndir. Gözlənilən odur ki, ermənilər belə vicdansızın hansı şərəfsiz olduğunu hamıdan yaxşı bilirlər və beləsinə elə simasızlığı dərəcəsində, şərəfsizliyi həddində ediləcək, hansıki Zvartnots aeroportundan ölkəyə buraxılmamağı, geri qaytarılmağı, qovulmağı, rədd edilməyi olacaqlara, onun başına gələcəklərə bir işarədir.

Vicdansız, ikiüzlü, yaltaq birinin başına gələn, onun özünə “dost” hesab etdiyi ölkə aeroportundan it kimi qovulması hər bir halda, hələ də hansısa divident ümidi ilə vicdanını və namusunu sataraq erməni maraqlarına xidmət etməkdə davam edən hər ikiüzlü, hər yaltaq üçün dərs olmalıdır. Dövlət Dumasının deputatı Zatulin, rus təbliğatçısı Simonyan və başqaları kimi artıq Ermənistanın persona-non-qrata siyahısına salınmış bütün cənablar bilməlidirlər ki, satqınları, yalançıları, vicdansızları, ikiüzlüləri, yaltaqları yalnız bu aqibət gözləyir. Bilməlidirlər ki, onlar lazım olduqları zaman alət olaraq sadəcə istifadə edilirlər və lazımsız olduqda amansızcasına çölə, hətta zibil qutusuna atılırlar. TASS agentliyinin müxbirinə mızıldanmasından bəlli olur ki, elə hava limanından geri qaytarılan, daha doğrusu, it kimi qovulan “erməni dostu” da bunu dərhal dərk etməli olub. Məsələ burasındadır ki, bunu elə ermənilərə yaltaqlanan, onların yalanlarının ayaq tutub yeriəsi üçün vicdansızcasına çalışan hər bir ikiüzlü və yaltaq zamanında başa düşsə Viktor Krivopuskovun gününə düşməz, qapıdan it kimi qovulmaz. Vicdanını, şərəfini satmayan, özünə az da olsa hörmət qoyan kəs bunu zamanında nəzərə almalıdır ki, qəflətən özünü zibil qutusunda görməsin. Hər halda ədalət nə zamansa bərqərar olmalıdır və haqsızlığa yol verənlər də, rəvac verənlər də öz paylarını almalıdırlar və belə hallar bu reallığı dərk etməyənlər üçün bir dərs olmalıdır.

Ötən əsrin sonlarında imperiyanın Daxili İşlər Nazirliyində sovet zabiti olan Viktor Krivopuskov vicdansızlıqla yüksək gəlir, divident əldə edəcəyi qənaəti ilə erməni sevgisini çox böyük yaltaqlıqla ortaya qoydu. SSRİ Daxili İşlər Nazirliyinin məhz 1990-1991-ci illərdə o zamankı Dağlıq Qarabağ Muxtar Vilyayətində İstintaq Əməliyyat Dairəsinin qərargah rəisi vəzifəsində çalışan Krivopuskovun məhz ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini araşdırmaq əvəzinə, erməni dəyirmanına su tökməsi, yaltaqlıqları yaddan çıxan deyil. SSRİ Daxili İşlər Nazirliyinin hərbi komendantlığının və Daxili Qoşunlarının hərbi qulluqçularının Azərbaycan ərazisində erməni separatizminin kökünün kəsilməsinə yönəlmiş müəyyən əməliyyat tədbirləri barədə Qarabağ separatçılarına məlumat verdiyini Krivopuskov “Üsyankar Qarabağ” kitabında açıq şəkildə qeyd edir və vicdansızlığını da, ikiüzlülüyünü də, yaltaqlığını da etiraf edir. Düşünəndə ki, bütün bunları Azərbaycan xalqına qarşı cinayətlərdə şərik olmuş sovet polis rəisi özü etiraf edir və bunu “kitabında” da yazmağı sımasızlığına sığışdırır, ikrah hissini təsəvvür etmək çətin deyil. Separatçıların liderlərindən olan Sarkisyan və Köçəryanla saunada necə buxar vannası qəbul etdiyini fəxrlə danışan sovet zabiti vəhşiliyi, vandallığı, vicdansızlığı ilə tanınan iki ağaya nökər olmağı özünə dırnaqarası “şərəf” bilirmiş, amma bunun şərəfsizlik olduğunu dırnaqarası “müqəddəs erməni dostluğu” üçün faydalı olmadığı zaman dərk etmək məcburiyyəti ilə üz-üzə qaldı. Nə Sarkisyan, nə də Koçaryan onun bu “fədakarcasına yaltaqlığına” görə nə medal vermədi, nə də heç biri onu hava limanında qarşılamadı. Hazırkı erməni baş nazir Nikol Paşinyan üçün isə Krivopuskov kimiləri işlənmiş əski parçası hesab olunur deyə onun zibil qutusuna atılması ümumiyyətlə, hesaba belə alınan deyil. ABŞ və Fransa ilə əməkdaşlığa maraq göstərən Paşinyan hökuməti üçün artıq Krivopuskov, Zatulin və digər ermənipərəstlər yaltaqdan başqa bir şey deyillər və 44 günlük müharibədən, ələlxüsus da Ermənistanın kapitulyasiyasından sonra onlara ehtiyac, ümumiyyətlə, yoxdur. Dəmir Yumruğun qarşısında yaltaqların, ikiüzlülərin heç nəyə yaramadığı onların hamısı üçün bir dərs olmalıdır.

Erməni vəhşiliklərini, vandallıqlarını görməmək, görməzliyə vurmaq mümkün deyil. Ötən əsrin sonlarında ermənilərin törətdikləri soyqırımları, etnik təmizləmə siyasətini inkar etmək, az qala əsrin üçdə birinə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlamalarını, ərazilərimizi talan etmələrini, viran qoymalarını, fauna və floraya ciddi zərbə vurduqlarını, 44 günlük müharibə dönəmində törətdikləri hərbi çinayətləri, müharibə bitdikdən sonra mina terroruna əl atdıqlarını, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqlarını danmaq mümkünsüzdür. Əgər Krivopuskov, Zatulin və digər ermənipərəstlər bunları danıblarsa, yaxud da danmaqda davam edirlərsə, deməli, bu, vicdansızlıq, ikiüzlülük, yaltaqlıqdır. Belə vicdansızlığa isə zaman öz qiymətini verməlidir və elə məhz Krivopuskovun qovularaq ölkədən rədd edilməsi onlara zamanın “qiyməti”dir. Belə bir “qiymət” ermənilərin fransız bacıları, ələlxüsus da Fransa prezidenti Makron üçün də var. Bəlkə Makron və onunla eyni həddə vicdansız olan fransızlar bilmirlər azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə? Yoxsa, Ermənistan tərəfinin haqsız olduğu da, beynəlxalq hüquqa və normalara zidd davranmaları, tələbləri də onlara bəlli deyil? Yaxud, bilmirlərmi ki, ermənilərin törətdikləri və yenə də törətmək istədikləri bütövlükdə insanlığa qarşıdır? Bilirlər, amma hələ də vicdansızlıq edirlər, ikiüzlülük, yaltaqlıq nümayiş etdirirlər. Hətta bunu utanmadan beynəlxalq müstəvidə nümayişkaranə şəkildə edirlər. Məsələ burasındadır ki, Azərbaycana qarşı vicdansızcasına yanaşan, ümumiyyətlə, insanlığa qarşı xəyanətkarcasına yanaşan, ikiüzlülük, yaltaqlıq edənlər Krivopuskovun halını görüb, qovulduğunu, rədd edildiyini müşahidə edib dərs almalıdırlar. Çünki həqiqətən də, həmin onun başına gələnlər vicdansızlar, ikiüzlülər və yaltaqlar üçün bir dərsdir, hansı ki, oxşar aqibət hər birini gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə