“Qarabağda danışıqlar prosesində artıq son addımlar atılır” - POLİTOLOQ ŞƏRH ETDİ
“Bir neçə gün əvvələ qədər Qarabağın dağlıq hissəsindəki erməni icması ilə Azərbaycan arasındakı danışıqlar prosesində müəyyən irəliləyişlər var idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hətta Arayik Artunyan da erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına razılıq vermiş kimi görünürdü: “O, Ağdam-Xankəndi yolunun açılışına razı olacaqlarını bildirmişdi. Bununla bağlı müəyyən təffərüfatları da açıqlamışdı.
Lakin son zamanlar Fransa yenidən bölgədə pozuculuq işini davam etdirir və erməni icmasını yeni vədlərlə danışıqlardan uzaqlaşdırır. Yaxın zamanda BMT-də Azərbaycan əleyhinə yeni qətnamə qəbul edilməsi məsələsini irəli sürəcək. Bununla da həm Laçın yolu, həm də erməni icmasının statusu barədə müəyyən məsələləri həll etmək mümkün olacaq.
Qarabağda danışıqlar prosesində artıq son addımlar atılır. Bu addımlar əsasən separatçı rəhbərlərini də əhatə etməklə Azərbaycanın onlara müəyyən ümidlər verməsi ilə bağlıdır. Bu ümidlər içərisində təbii ki, amnistiyadan söhbət gedir. Onların törətdikləri cinayətin xarakterindən asılı olaraq bağışlanmaları məsələsi də gündəmdədir. Hesab edirəm ki, kənardan müdaxilələr olmasa, Qarabağın erməni icması ilə dil tapıb, ümumi fikrə gəlmək daha asan ola bilərdi. Hər halda bütün məsələlər Azərbaycan siyasi rəhbərliyinin razılığından asılıdır. Buna görə də Qarabağ icmasının separatçı rəhbərləri Azərbaycana qarşı həyata keçirilməsi mümkün olmayan təklif və tələblər irəli sürməkdən vazkeçməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB