"Sülh həm Ermənistanla Azərbaycan, həm də bütün dünya üçün vacibdir"

"Sülh həm Ermənistanla Azərbaycan, həm də bütün dünya üçün vacibdir"

Biz gələcəyə baxmalıyıq, bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq. Sülh xalqın, sıravi vətəndaşın həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları onlardır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.

Nazir bildirib ki, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə