“Macarıstan Azərbaycanla əlaqələrə üstünlük verir” - POLİTOLOQ ŞƏRH ETDİ
“Macarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq enerji, təhlükəsizlik, müdafiə və humanitar müstəvidə davam edir. Məhz Macarıstanla Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etməklə yanaşı, Türkiyə, Azərbaycan və Macarıstan formatında da əməkdaşlığı uğurla davam etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Macarıstan baş nazirinin də əlaqələrin inkişafında mühüm rolu var:
“Macarıstan Azərbaycanla bütün sferalarda əməkdaşlığa maraqlıdır. Cənab Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı da bir çox danışıqlar aparıldı və bir çox sahələr üzrə müqavilələr imzalandı. Bu müqavilələr gələcək perespektivdə əməkdaşlığın yeni qollarını müəyyən etdi.
Hesab edirəm ki, iki ölkə arasında artıq müttəfiq əlaqələrinə uyğun münasibət qurulub. Xüsusilə, Özbəkistan-Macarıstan-Türkiyə-Azərbaycan dördtərəfli formatı çərçivəsində siyasi, hərbi müstəvidə strateji tərəfdaşlıq həyata keçirilə bilər. Macarıstan Azərbaycanla əlaqələrə üstünlük verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB