“Ermənistan BMT TŞ-nin iclasının nəticələrinə böyük ümid bəsləyirdi” - POLİTOLOQ ŞƏRH ETDİ
“BMT TŞ-də müzakirələr birmənalı şəkildə Ermənistan diplomatiyasının iflası anlamını daşıyır. Çünki Ermənistan BMT TŞ-nin iclasının nəticələrinə böyük ümid bəsləyirdi. Onlar Azərbaycana qarşı hər hansısa bir qətnamə qəbul ediləcəyini zənn edirdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, heç bir bəyanat səslənmədi: “Maraqlıdır ki, Nikol Paşinyan BMT TŞ-nin iclasının nəticələrini özləri üçün məqbul hesab edir. Bu, yəqin ki, məğlubiyyətini qəbul edən bir baş nazirin etirafı anlamına gəlir. Eyni zamanda, Ermənistanın xarici işlər naziri də bu nəticələrin onlar üçün önəmli olduğunu, lakin fövqəladə iclas çağırıldığında qətnamə qəbul edilmədiyini bildirib. Bu isə ağ yalandır. Çünki onlar qətnamə qəbul ediləcəyinə ümid edirdilər.
Xüsusilə, baş tutan müzakirələr zamanı Albaniya fikirləri ilə öz dəstəyini əsirgəmədi. Digər tərəfdən, BMT-nin daimi və qeyri-daimi üzvləri də bu xüsusda bizi bəzi hallarda qane etməyən fikirlər səsləndirsələr də, növbəti siyasi nizamlanma üçün Azərbaycan diplomatiyası prosesin iştirakçısı oldu. Bununla isə, gələcək əməkdaşlıqlar üçün konturlar formalaşır. İstənilən halda Azərbaycan diplomatiyasının burada uğurlu gedişlər etdiyini görürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB