“Macarıstan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Cənab Prezidentin Macarıstana səfəri əhəmiyyətli görüşlərlə yaddaqalan odu. Hər zaman olduğu kimi, ölkə başçısının xaricə səfərlərinin hər birinin arxasında Azərbaycan siyasətinin uğurları dayanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu səfərlərlə ölkəmizə daha çox partniyorlar qazandırır: “Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin artması ölkəmizin nüfuzunun getdikcə genişlənməsinin bariz nümunəsidir.
Azərbaycan-Macarıstan münasibətləri bütün dövrlərdə, xüsusilə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə daha da inkişaf edib. Macarıstan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Keçən illər ərzində isə münasibətlər getdikcə inkişaf edib.
Macarıstanla Azərbaycan arasında iqtisadi sahədə, xüsusilə də, səhiyyə sahəsində əməkdaşlıq qurulub. Hazırda 200-dən çox tələbəmiz Macarıstan universitetlərində təhsil alır. Cənab Prezident və Mehriban xanım Əliyevanın Macarıstana son səfəri, keçirilən görüşlər, əldə edilən razılaşmalar Azərbaycanın diplomatik-siyasi əlaqələrinin gücünü göstərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB