“Azərbaycan qətiyyətlə mövqeyini qoruyaraq, diplomatik qələbə əldə etdi” - SİYASİ EKSPERT DANIŞDI
“Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, Azərbayanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması birbaşa olaraq Azərbaycanla aparılacaq danışıqlar nəticəsində öz həllini tapa bilər. Bunun üçün hər hansı beynəlxalq təşkilatlara müraciət etmək və ya Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi ilə bağlı çağırışlar etmək tamamilə yanlışdır”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, BMT TŞ-nin iclası zamanı aparılan müzakirələr də göstərdi ki, Ermənistan növbəti dəfə özünü rüsvay etdi: “Azərbaycan tərəfi isə qətiyyətlə öz mövqeyini qoruyaraq, diplomatik qələbə əldə etdi.
Azərbaycan artıq son 10 ildə dünyada diplomatik qələbələri ilə tanınan ölkədir. Ermənistan yeganə çıxış yolunun ölkəmizlə münasibətləri normallaşdırmaqdan keçdiyini anlamalı və sülh müqaviləsini imzalamalıdır.
Eyni zamanda biz dəfələrlə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu və onların problemlərinin həlli istiqamətində Azərbaycanın öhdəlikləri öz üzərinə götürdüyünü qeyd etmişik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB