Erməni diplomatiyasının üzləşdiyi növbəti FİASKO – TƏHLİL

Erməni diplomatiyasının üzləşdiyi növbəti FİASKO – TƏHLİL

Öz şantaj kampaniyası üçün Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə istifadə etmək niyyətinin baş tutmaması, bunun qarşısının alınması Azərbaycan daha bir uğuru, işğalçı ölkə diplomatiyasının isə fiaskosudur. Daha bir uğursuzluğa düçar olan erməni şousundan sonra erməni cəmiyyəti əmin olmalıdır ki, manipulyasiyalarla, çirkin niyyətli hiyləgərliklərlə nəyə isə nail ola bilməzlər və Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı olaraq tanınmasıdır. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq etdi ki, Azərbaycanın Vətən müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb və bu düzəni pozmaq, praktik olaraq, mümkünsüzdür.

Bir halda ki, Ağdam-Xankəndi yolu bütün növ əmtəələrin daşınmasına hazırdır, o zaman ermənilərin bu yoldan imtina etməsi sual doğurmaya bilməz. Uzunluğu 26 km olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, həm də uzunluğu 60 km olan Laçın-Xankəndi yolundan qısadır da. Əgər Ağdam-Xankəndi yolu Qarabağ iqtisadi rayonunda daxili şəbəkədirsə və vacib nəqliyyat xətti hesab olunursa, deməli, bu yoldan istifadə bütövlükdə həmin iqtisadi rayonun inkişafına töhfə baxımdan da vacibdir və iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi olduqca əhəmiyyətlidir. Bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunan Ağdam-Xankəndi yolu həm də iqtisadi baxımdan əhəmiyyətli olduğu halda ermənilərin bu yoldan imtina etmələrinə, Laçın yolundan istifadə etmək üçün hər yola əl atmalarına nə ad qoymaq olar? Məqsəd nədir ki, qısa və iqtisadi baxımdan sərfəli olan yol deyil, daha uzun və Qarabağ iqtisadi rayonunu Şərqi Zəngəzurla birləşdirən Laçın yolu üçün dəridən-qabıqdan çıxırlar? Bu suallardan aydın olur ki, separatçı ermənilərin ərazilərimizə silah-sursat, hərbi texnika, qanunsuz silahlı dəstə daşımaq kimi, çirkin niyyətləri var və arzuladıqları Laçın yolu bu niyyətlərinin gerçəkləşməsi üçün onlara daha münasib hesab olunur. Bunu biz də başa düşürük, BMT Təhlükəsizlik Şurası da, hətta bütövlükdə dünya ictimaiyyəti də. Elə isə, ermənilərə öz istədikləri kimi rahat şəkildə ağıllarına gələni etmək üçün buna icazə vermək doğru sayılarmı? Əlbəttə ki, sayılmaz və elə sözügedən beynəlxalq qurum da eyni mövedə olduğunu açıq şəkildə ifadə etdi və bu da özünü son günkır dağa-daşa vuran erməni diplomatiyası üçün fiasko sayılır.

İndi artıq el içində, “nə oldu, Paşinyan?” əvəzinə, “nə oldu, ay ora-bura şikayət edərək müraciət edənlər?”, deyə, mötəbər beynəlxalq təşkilatı öz çirkin məqsədləri üçün alətə çevirmək istəyənlərin ələ salınmalarının zamanı çatdı. Görəsən, bundan sonra da hansısa təşkilata müraciət edə biləcəklərmi? Axı üz tutmadıqları yer qalmamışdı və BMT Təhlükəsizlik Şurasına müraciət, erməni diplomatiyasının ən son ümidi idi. İşğalçı ölkənin hakimiyyəti məhz Laçın yolu ilə bağlı ABŞ, Fransa, Rusiya və daha hansı ölkələrə üz tutmamışdı? Kimdən yardım, kömək diləməmişdilər? Yardımı, köməyi lap elə dilənmişdilər də. Gah Vaşinqtona, gah Parisə, gah da Moskvaya əl açan ermənilər hər dəfə əlləri boş qayıdanda bilməli idilər ki, Avropadan da, BMT Təhlükəsizlik Şurasından da istədiklərini ala bilməyəcəklər. Bilməli idilər ki, bu beynəlxalq qurum onlar üçün özünü oyuncağa çevirən deyil və başları daşa dəyəndən sonra da olsa buna əmin oldular. Məhz elə indi, “nə oldu”, deyə sual etmənin də vaxtı çatdı.

Bilirik ki, BMT Təhlükəsizlik Şurasına müraciət nə təkcə Xankəndində, nə də təkcə İrəvanda oturan erməni “başbilənlərinin” başının məhsulu deyildi. Bu, ümumilikdə erməni cəmiyyətinin, bəlkə də, “evrika” deyib bağırdığı dırnaqarası “kəşfi” hesab olunurdu desək, yerinə düşər. Təkcə xankəndindəki, yaxud da İrəvandakılar deyil, dünya erməniləri belə gözlərini dikmişdilər BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasına və arzu edirdilər, bəlkə hələ ümid də edirdilər ki, Laçın yoluna onlar üçün gül düzüləcək və onlar da arxayınlıqla öz çirkin niyyətləri üçün bu yoldan istifadə edəcəklər, Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat, hərbi ləvazımatlar, qanunsuz silahlılar daşıyacaqlar, partlayıcı vasitələri, minaları da bir-birinin ardınca gətirib basdırmaqda davam edəcəklər. Amma gördülər ki, onların bildiklərini onlardan da yaxşı bilənlər var və belə mənfur əməllərə, çirkin niyyətlərə rəvac vermək, yolu açıb onlar üçün münbit şərait yaratmaq elə özü də yolverilməzdir. Məhz bu “yolverilməzlik” Erməninistanın, erməni diasporunun və lobbisinin, ermənipərəst dairələrin səylərini nəticəsiz qoydu və bu da, onlar üçün, erməni cəmiyyəti, eləcə də erməni diplomatiyası üçün elə fiasko sayılır. Özü də bu, növbəti fiaskodur, çünki bundan əvvəl də, daha dəqiq desək, keçən ilin dekabrında da BMT Təhlükəsizlik Şurası ilə bağlı arzuları ürəklərində qalmışdı.

Həm döyüş meydanında, cəbhə xəttində, həm müharibənin dayandırılması üçün razılaşma imzalayarkən, həm diplomatik müstıvidə bir-birinin ardınca məğlubiyyətə imza atan işğalçı ölkə hakimiyyəti bu dəfə də suyu süzülmüş, burnunu sallamış halda İrəvana qayıtmalı olur. Yenə də məğlub durumda, yenə də uduzmuş halda erməni diplomatların öz vətənlərinə qayıtmaları onlara heç olmasa, bu dəfə dərs olmalıdır. Heç olmasa bu dəfə dərk etməlidirlər ki, belə məğlubiyyətlərin ardınca ölkələrinə dönmələrinə üzlərinin olmadığı, növbəri dəfə öz ölkələrinə buraxılmayacaqlarına bir işarədir. İndi erməni xalqı yenə də, hansısa başıpozuq, sərsəm siyasətçilərin axmaq düşüncələrinin, ideyalarının, təfəkkürlərinin mənasız olduğunun və onları məğlubiyyətə sürüklədiyinin şahidi oldu. Onlara elə həmin o erməni xalqı tərəfindən bir xəbərdarlıq edilməsinin də zamanıdır və çox güman ki, belə bir fiasko onlara uzaq başı sonuncu dəfə bağışlana bilər. Bu məğlubiyyətdən sonra ölkələrinə qayıtmağa üzlərində üz tapanları, təmsil etdikləri erməni xalqı qova da bilər və xalqı kütlə yerinə qoyaraq aldadan, bir məğlubiyyətdən digərinə sürükləyənlərə qarşı həmin xalqın belə bir addım atmaq üçün əsası da var.

Azərbaycanın ərazi bütövlüyünə hamı tərəfindən hörmət ifadə edildiyinin ermənilər bir daha şahidi oldular. Eləcə də hamı Ağdam yolunun açılmasını vacib saydı və haylar gec də olsa dərk etməlidirlər ki, təklif olunan həmin yolun əhəmiyyətli dərəcədə həm qısa, həm də olduqca iqtisadi baxımdan faydalılığı olduğunu özlərindən başqa heç kim hesaba almaya bilməz və bu məqamları gözməməzliyə vurmaq mümkünsüzdür. Üstəlik, Azərbaycanın öz ərazisində, öz yerində vəziyətə nəzarət etməsi faktını hər kəs qəbul edir. Yəni, əslində belə də olmalı idi və bu baxımdan burada qeyri-adi heç nə yoxdur, çünki öz ərazisində nə edəcəyini suveren bir ölkə kimdən isə icazə alaraq etməli deyil. Daha dəqiq desək, hansısa bir ölkə, hansısa bir qüvvə, hansısa beynəlxalq təşkilat ölkəmizə bu rakursda heç bir irad bildirə bilməz. Yəni, hər kəs reallıqları qəbul etmək məcburiyyətində qaldı, hansıki, BMT Təhlükəsizlik Şurasına müraciət edib bu reallıqlara kölgə salınacağını düşünənlər ilk növbədə bundan dərs alsalar pis olmaz. Əslində, dərs almaya da bilməzlər, çünki belə müzakirələrə ehtiyac belə duyulmadığını müşahidə etdilər. Ermənilər müşahidə etdilər ki, hər kəs məsələnin yerində həll olunmalı olduğu qənaətindədir və bundan sonra nəyə isə ümid etməyə də dəyməz.

Qeyd olunan məqamlar Azərbaycanın həm də haqlı olduğunu göstərdi. Haqlı olmaqla yanaşı ölkəmizin güclü olduğu da, nüfuz sahibi olduğu da bəyan oldu. Maraqlıdır, ermənilər daha nə qədər bunun şahidi olmalıdırlar ki, bundan nəticə çıxarsınlar. Daha nə qədər belə bir real faktları görməlidirlər ki, ölkəmizin haqlı olduğunu hamının qəbul etdiyini, buna qarşı çıxmağın belə mümükünsüzlüyünü etiraf etdiyini dərk etsinlər. Yəni yenə də başa düşməyə bilərlər bunu? Bir halda ki, BMT kimi mötəbər bir beynəlxalq təşkilatda bu qənaətə gəlinibsə, deməli, bundan sonra nəyə isə ümid etməyə dəyməz. Bundan sonra nəyə isə ümid etmək daha axmaqlığın da, qanmazlığın da son həddi sayılmalıdır. Ermənistan tərəfi, ələlxüsus da, gah “revanşizm”, gah da “miatsum” deyib bağıran bir çox erməni axmaqlar gec də olsa anlamalıdırlar ki, beynəlxalq hüququn, haqq-ədalətin Azərbaydanın tərəfində olduğunu qəbul etməyən, etiraf etməyən yoxdur və belə olan halda bundan sonra yenə də buna oxşar xam xəyallara düşsələr, yenə də fiasko ilə qarşılaşmalı, üzləşməli olacaqıar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə