“Azərbaycan sülhə nail olmaq üçün lazımi addımları atır“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan sülhə nail olmaq üçün lazımi addımları atır“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu gün sülh prosesinə mane olan Ermənistanın həyata keçirdiyi təxribatlardır. Təəssüf ki, Ermənistan sülh yox, yeni təxribatlar barədə düşünür və davamlı olaraq atəşkəsi pozur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, törədilən təxribatlar Ermənistanın sülh istəmədiyini göstərir: “Hesab edirəm ki, Qərbin ikili standartları da zaman-zaman özünü göstərir. Təəssüf ki, bu gün Ermənistanın mövqeyinin dəstəklənməsi, Azərbaycanın bir sıra dövlətlər tərəfindən bu məsələdə günahlandırılması prosesə ciddi şəkildə mənfi təsir göstərir. Azərbaycan sülhə nail olmaq üçün lazımi addımları atır. Lakin Ermənistan tərəfindən heç bir addım görmürük. Bu isə qəbuledilməz yanaşmadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə