Haqqa, ədalətə gedən yolun qalib LİDERİ

Haqqa, ədalətə gedən yolun qalib LİDERİ

PREZİDENT İLHAM ƏLİYEV: "Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm"

Bəli, 2020-ci il, noyabrın 10-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazmaqla, haqqa, ədaləta gedən yolun qalib lideri Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi qələbə nidasını qoydu. Və Vətən Müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında tarixi müqavilə, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illik həsrətinə son qoydu. Elə həmin torpaqlarda 30 illik həsrətə son qoyan Qalib SƏRKƏRDƏ bildirdi ki, bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi: "Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var".

Bəli, Ali Baş Komandan bütün çıxışlarında, müsahibələrində bildirib ki, Azərbaycanın sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Prezident İlham Əliyev "Euronews" telekanalına müsahbəsində də bir daha vurğulayıb ki, əvvəlki müsahibələrində olduğu kimi, bu müsahibəsində də bildirib ki, biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: "Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik".

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".

Bəli, Azərbaycan Prezidenti Şuşadan verdiyi mesajlar…

ERMƏNİSTANDAN VƏ ONUN HAVADARLARINDAN KONKRET SEÇİM TƏLƏB EDİR: YA 5 PRİNSİPİ QƏBUL EDİB SÜLH SAZİŞİ İMZALANMALI, YA DA "DƏMİR YUMRUQ" YENİDƏN İŞƏ DÜŞMƏLİDİR

Artıq İkinci Qarabağ müharibəsindən ötən iki il yarım keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ətrafında danışıqlar hələ də davam edir. Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirməklə öz aləmində vaxt uzadır. Amma bu ölkə anlamır ki, Azərbaycan torpaqlarını artıq işğaldan azad edib, nə "Dağlıq Qarabağ" var, nə də "status".

İndi reallıq budur ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarla bağlı özü qərar verir, Ermənistan kimi kiminsə qulu-vassalı deyil. Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə reallaşır. Tərəflər arasında intensiv təmaslar yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 3, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə 5 görüş keçirilib. Bu formatlarda tərəflər arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunub, müvafiq bəyanatlar da imzalanıb. Praqa və Soçidə keçirilən son iki görüşdə imzalanan bəyanatlar isə digər sənədlərdən bir qədər fərqlənib. Düzdür, imzalanan bütün bəyanatlarda Azərbaycanın diplomatik üstünlüyü özünü göstərib. Son iki bəyanatda yer alan müddəalara əsasən isə Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən təsdiqləyib. Qəbul edilmiş bəyanatlar da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçir və sənədlər Azərbaycanın istəklərinə uyğun formada qəbul olunur.

Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prezidenti müəyyənləşdirir. Bütün ağrılı məqamlara, işğalın ağır fəsadlarına, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Həm də Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir.

Konfransda İlham Əliyev bir daha aparılan danışıqlara toxunaraq vurğuladı ki, Praqa görüşünün kommunikesinə əsasən, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb və bu, həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin, Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı Bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz: "Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı".

Bunun ardınca isə İlham Əliyev son zamanlar aparılan danışıqlara Fransanın müdaxilə etməsini və Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməklə Ermənistana dəstək göstərməsini faktlar əsasında ortaya qoydu. Eyni zamanda bildirdi ki, Ermənistan və onun havadarlarının istəyi sülh sazişinin imzalanması deyil, danışıqlar prosesinin uzanmasıdır: "Sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!".

Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq.
İlham Əliyevin bu mesajı Ermənistana 2 yol göstərir. Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Görünən odur ki, Ermənistan rəhbərliyi ölkənin daha acınacaqlı duruma düşməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişini imzalamağa məcburdur. Yəni Ermənistanın qurtuluşu sülh sazişindən keçir.

PREZİDENT İLHAM ƏLİYEV "EURONEWS" TELEKANALINA MÜSAHBƏSİNDƏ ƏVVƏLKİ MÜSAHİBƏLƏRİNDƏ OLDUĞU KİMİ YENƏ DƏ YÜKSƏK İNTELLEKT, MƏLUMATLILIQ, NATİQLİK BACARIĞI, DİPLOMATİK MƏHARƏT NÜMAYİŞ ETDİRMİŞDİ

Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində bir daha bildirdi ki, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: "Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur",-deyən dövlətimizin başçısı onu da bildirib ki, biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik: "Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".

Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Ermənistandakı ermənilərə mesaj haqda sualı cavablandırarkən deyib: "Mən heç zaman bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə belə sual verilir. Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik",-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır: "Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik".

Prezident İlham Əliyev "Euronews" kanalına müsahibəsində onu da bildirib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".

"DÜŞÜNDÜM Kİ, AVROPA İTTİFAQI ƏN YAXŞI VASİTƏÇİ OLA BİLƏR"

"Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər". Bunu Prezident İlham Əliyev "Euronews" kanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi: "O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik".

Beləliklə, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq. Daha doğrusu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Görünən odur ki, Ermənistan rəhbərliyi ölkənin daha acınacaqlı duruma düşməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişini imzalamağa məcburdur. Yəni Ermənistanın qurtuluşu sülh sazişindən keçir.
Bir sözlə, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahbəsində əvvəlki müsahibələrində olduğu kimi yenə də yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmişdi.

Bu yerdə rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb və bildirib ki, rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışların erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi: "Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır".

Bir sözlə, son 20 illik fəaliyyəti dövründə Qüdrətli Prezident, Güclü Lider, Müzəffər Komandan İlham Əliyev cənablarının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir.

Bax, budur, həqiqət! Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir, Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Çünki bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə