Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün - 4 avqust 2003-cü il - ANALİZ
Bəli, bu gün Ulu Öndərin özü qədər inandığı möhtərəm Prezidentimiz İlham Əliyevin respublikamızın Baş naziri vəzifəsinə təyin olunmasından 20 il ötür. 2003-cü ildə İlham Əliyevin Baş nazir təyin olunmasına razılıq verən Milli Məclis əslində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna, dövlət quruculuğu konsepsiyasına yeni nəfəs verəcək strateji qələbələri hədəf seçmişdi. Və bu gün Prezident İlham Əliyevin Baş nazir təyin olunmasından 20 il keçdi...
TARİXİ MÜRACİƏTİN TƏNTƏNƏSİ
Ulu Öndər Heydər Əliyevin Özü qədər inandığı İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin olunması ilə bağlı Milli Məclisə müraciəti millət vəkilləri tərəfindən böyük razılıqla, rəğbətlə qarşılandı. Azərbaycanın işıqlı sabahına, daha güclü gələcəyinə olan inamın ifadəsi olan bu tarixi müraciət ali qanunvericilik orqanında müzakirələrdən sonra təsdiqini tapdı. İlham Əliyevin Baş nazir təyin olunmasına razılıq verən Milli Məclis əslində Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursuna, dövlət quruculuğu konsepsiyasına yeni nəfəs verəcək strateji qələbələri hədəf seçmişdi. Çünki bu təyinata qədər Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nını sədr müavini, Büro üzvü, ARDNŞ-nin birinici vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti kimi mühüm postlar da əlahiddə harizması ilə böyük nailiyyətlər əldə etmişdi. 2003-cü il avqustun 4-də Baş nazir təyin olunması ilə cənab İlham Əliyevin qlobal fəaliyyəti mahiyyətcə yeni keyfiyyət mərhələsinə keçdi və bu, ilk növbədə xalqın iradəsi ilə müəyyənləşdi. Bu təyinata qədər Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini, büro üzvü, ARDNŞ-nin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti kimi mühüm postlarda əlahiddə xarizması ilə böyük nailiyyətlər əldə etmişdi. 2003-cü ilin avqustun 4-də Baş nazir təyin olunması ilə İlham Əliyevin qlobal fəaliyyəti mahiyyətcə yeni keyfiyyət mərhələsinə keçdi və bu, ilk növbədə, xalqın iradəsi ilə müəyyənləşdi. Çünki İlham Əliyevin Baş nazir təyin edilməsi xalqın iradəsinin ifadəsi idi. Bu təyinat xalqın Heydər Əliyev siyasi kursuna olan inamından və sədaqətindən doğurdu. Bu təyinatı ölkədəki ictimai-siyasi sabitliyin qorunması və davamlı olmasına xidmət edirdi. Müstəqilliyimizin dönməzliyinin təmin edilməsində İlham Əliyev şəxsiyyətinə olan xalqın inamı idi.
CƏNAB İLHAM ƏLİYEV DÜNYADA QƏBUL EDİLƏN LİDERDİR
Azərbaycan xalqının iradəsi isə uzaq və yaxın xaricdə öz pozitiv nəticələrini çox gözlətmədi. ABŞ prezidenti, Türkiyənin Baş naziri, Rusiyanın prezidenti, İran hökuməti, Gürcüstan prezidenti və digər ölkələr İlham Əliyevin Baş nazir təyin olunmasını çox uğurlu seçim kimi qiymətləndirdilər və Onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər…
2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilən dövlət başçısı İlham Əliyev bir çox cəhətləri ilə çoxlu sayda yerli və xarici ekspertlərin diqqətini cəlb etdi. Onun Liderlik dövrünü olduqca əhatəli təhlil etdikdə, ekspertlər haqlı olaraq, Prezident İlham Əliyevi yeniliklərə həssaslıq göstərən, rasional keyfiyyətləri özündə cəmləşdirən müasir Lider kimi xarakterizə edirlər. Dövlət başçısında bu cür rasional, əlahiddə keyfiyyətlərin cəmləşməsi xarici siyasətdə və eləcə də, ölkədaxili demokratik proseslərin gedişində əsas leytmotiv təşkil edirdi ki, bu da beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün mühüm faktorlardan biri, bəlkə də, birincisi idi. Nəticədə Azərbaycan həm daxili siyasətdə, həm də beynəlxalq birliyə inteqrasiya olunmaqda əməli nəticələrə nail oldu.
Bir sözlə, Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
Xüsusiləç də, son vaxtlar ölkə Prezidenti İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. İstər Davos İqtisadi Forumu istər Macarıstana olan səfər istərsə də Münhen Təhlükəsizlik Konfransında iştirak bir daha sübut etdi ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident İlham Əliyevi Avropa üçün ən önəmli LİDER hesab edirlər.
DAHA NƏHƏNG İŞLƏRİN BAŞLANĞIC NÖQTƏSİ
İctimai-siyasi sabitlik davamlı xarakter aldı və bunun nəticəsi olaraq ölkədə qlobal layihələr gerçəkləşdi. Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada aparıcı dövlətlərdən birinə çevrildi. Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə stimul verdi. Ölkədə demokratik proseslər dərinləşdi və bununla da, Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası keyfiyyətcə yeni mərhələyə yüksəldi...Regional və beynəlxalq əməkdaşlığı prioritet seçən Prezident İlham Əliyev qısa müddət ərzində mürəkkəb geosiyasi şəraitdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu yaradıcılıqla gerçəkliyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft, ardınca isə Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin həyata vəsiqə alması bu istiqamətdə daha yeni işlərə yol açdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsinə start verilməsi isə bu mənada, ən yaxşı nümunədir. İllərlə müzakirə olunan bu transmilli layihə Prezident İlham Əliyevin qətiyyəti sayəsində kağız üzərindəki layihə çərçivəsindən çıxaraq yeni reallıq müstəvisinə keçdi... Bu gün artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi inandırıcı görünmür. Bu isə ölkənin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki nüfuzu ilə müəyyənləşir. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə, 2003-cü ilin avqustunda söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram” fikrindən güc alır.
44 GÜNLÜK QARABAĞ MÜHARİBƏSİNDƏ QAZANILAN ZƏFƏR İSƏ ONUN SİYASİ HƏYATININ ÖZÜ DEDİYİ KİMİ MƏNASI OLDU
Bəli, üç il öncə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Azərbaycan Ordusunun rəşadərtli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəmi 44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Azərbaycanın ən yeni tarixini yazan Baş Sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” – deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ali Baş Komandan uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya bacarıqlı, qətiyyətli Sərkərdə olduğunu isbatladı. Bu əməliyyat ilk növbədə xalq-ordu-dövlət birliyinin bariz təcəssümü oldu. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Bununla da Ali Baş Komandan İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır. Bəli, məhz bunu anlamayan Ermənistan cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atmaqla tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu.
Düşmənin təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna illərlə gözlənilən əmri verdi – İrəli! Azərbaycan Ordusu Müzəffər Komandanın “Dəmir yunruq” əməliyyatının icrasına başladı. Ölkədə prezident-xalq-ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi – Şuşada dayandı. Və Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq məcburiyyətində qaldı.
Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü. 44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi. Ordumuzun şəhər və rayonları ard-arda işğaldan azad etməsi, dövlət başçımızın xalqa müjdəli xəbərləri, qardaş Türkiyə və Pakistanın müharibə başlayan andan son günədək Azərbaycana birmənalı mənəvi dəstək vermələri xalqımızı daha da ruhlandırdı və ürəkləri dağa döndərdi. Qardaş Türkiyə rəsmən bəyan etdi ki, haqq savaşı aparan Azərbaycanı durdurmaq istəyən istənilən qüvvə qarşısında Türkiyəni görəcək. Bu, həqiqətən də, əsl qardaş qayğısı idi. Məhz bu birlikdən güc alan Azərbaycan Silahlı Qüvvələri uğurlu missiyasını şərəflə tamamladı. Noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin başa çatması ilə bağlı birgə Bəyanat imzaladılar. Bəyanatın müddəalarına əsasən noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana qaytarıldı. Sənədə əsasən hər iki ölkə üzərinə öhdəliklər götürdü.
Bir sözlə, bu gün daha da qürurluyuq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə Ümummilli Liderin xalqa müraciətində ifadə etdiyi hər bir inamı doğrultdu, xalqımızı daha da yumruq kimi birləşdirdi və qələbəyə gedən yolumuzu addım-addım yaxınlaşdırdı. Ötən 20 ilin reallıqları fonunda isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin konturları aydındır və bu, Azərbaycanda həyatın bütün sahələrində yeni uğurlara nail olacağımızı əminliklə və qətiyyətlə söyləməyə əsas verir. Prezident İlham Əliyev Vətən uğrunda bu müqəddəs savaşla Azərbaycan tarixinin ən böyük və ən şərəfli Zəfər epopeyasını yazdı və Azərbaycana qalib ölkə statusunu qazandıran sərkərdə kimi tarixə silinməz möhürünü vurdu.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB