"Cinayətkarlar cəzalandırılmadıqca erməni təcavüzkarları susan deyil" - DEPUTAT ŞƏRH ETDİ

"Cinayətkarlar cəzalandırılmadıqca erməni təcavüzkarları susan deyil" - DEPUTAT ŞƏRH ETDİ

"Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciət etməyə haqları var. Çünki bu kənddə, eləcə də Azərbaycanın işğal altında olan torpaqlarında yaşamış sakinlər uzun illər erməni təcavüzü nəticəsində ağır bəlalar görüblər. Əlbəttə ki, bu gün Meşəli sakinlərinin etdiyi müraciət beynəlxalq normalara uyğundur. Təəssüf ki, belə hallara qarşı beynəlxalq təşkilatlar uzun illərdir laqeydlik göstərib. Onlar vaxtında bu faciələri düzgün qiymət verməyiblər. Ona görə də bugünkü gündə ermənilər harınlayıblar. Onlar nəinki Azərbaycan xalqına, bəşəriyyətə qarşı xəyanət yolunu tutublar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu gün artıq yeni faktlar üzə çıxır: "Əlbəttə ki, bunların hər biri öz cavabını almalı və bu faciələri törədənlər cəzalarını çəkməlidir. Vaqif Xaçaturyanın həbsi ilə bağlı erməni təcavüzünə məruz qalmış azərbaycanlıların müraciəti mütləq layiqli cavabını tapmalıdır. Digər cinayətlarlar da aşkar olunaraq həbs olunmalıdır. Əgər belə olmasa, haqq-ədalət öz yerini tapa bilməz. Nə qədər ki cinayətkarlar cəzalandırılmayıb erməni təcavüzkarları susan deyil. Onlar yeni müharibələr həvəsindədir".

"Son günlərdəki hadisələr göstərir ki, ermənilər yenidən sərhədlərimizdə təxribat törətməyə, münaqişələri yenidən qızışdırmağa çalışır: "Sözsüz ki, bu yolda öz havadarlarının imkanlarından istifadə edirlər. Amma əldə olunan faktlar və bugünün reallıqları Azərbaycanın xeyrinədir. Ədalət bizim tərəfimizdədir. Ona görə də Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə müraciət etməsini doğru hesab edirəm. Düşünürəm ki, beynəlxalq ictimaiyyət bu müraciətlərə etinasız yanaşmayacaq. Beynəlxalq təşkilatlar ermənilərin nə qədər ağır cinayətlər törətdiyini dünya ictimaiyyətinə bəyan edəcəklər. Meşəli sakinlərinin başına gətirilənlər hər bir azərbaycanlının fəlakətidir"-, deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə