“Bir cinayətkarın həbsi ilə bağlı Ermənistan və onu dəstəkləyən xarici lobbilər demək olar ki, bütün beynəlxalq təşkilatları ayağa qaldırır, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, onlar Azərbaycana təzyiq etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər: “Təbii ki, bu başadüşülən deyil. Əgər insan hüquq və azadlıqlarından danışır, terroru, qanunsuz deportasiyaları pisləyiriksə, onda bu cinayətləri törətmiş şəxsin həbsi ilə bağlı dünyada belə yanaşmanın mövcud olması bizi narahat edir. Bu baxımdan Meşəli sakinlərinin dünya ictimaiyyətinə müraciətini müsbət dəyərləndirirəm”.
“Hesab edirəm ki, yalnız Meşəli sakinləri deyil, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, Qeyri Hökumət Təşkilatları və digər qurumlar birlikdə dünya ictimaiyyətindən bu cür cinayətləri törədənlərin həbs edilib Azərbaycana təhvil verilməsi istiqamətində addımlar atılmasını tələb etməlidir. Çünki Xaçaturyan kimilər hələ çoxdur. Onların bir çoxu artıq Qarabağdan çıxıb və müxtəlif ölkələrdə məskunlaşıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxslər digər dövlətlərdə saxlanılmalıdır. Azərbaycanla danışıqlar aparılmaqla onların hansı cinayətləri törətdikləri müzakirə edildikdən sonra dövlətimizə təhvil verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə işləri gücləndirməliyik”-, deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB