"Anti-Azərbaycan blokun formalaşmasına susqunluqla yanaşmaq olmaz" - MÖVQE BİLDİRİLDİ
"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına rəsmi səfəri və yüksək səviyyəli görüşlər müttəfiqlərarası mütəmadi məsləhətləşmələrin bir hissəsi və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanların araşdırılması imkanıdır". Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov SİA-ya açıqlamasında deyib.
"Xüsusən Azərbaycan və Türkiyənin regional və dünya siyasətində artan rolu fonunda addımların uzlaşdırılması, beynəlxalq platformalarda birgə fəaliyyətin gedişatının qiymətləndirilməsi baxımdan bu təmaslar əhəmiyyətlidir. Digər tərəfdən dən regionda həssas geosiyasi proseslər və mürəkkəb situasiya çərçivəsində bu məsləhətləşmələrin əhəmiyyətini anlamaq çətin deyil.
Bildiyiniz kimi, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında siyasi manipulyasiyalara əl atmış, Qərbin bir sıra dairələri isə hər vəchlə vəziyyətdən siyasi məqsədlərlə istifadə etməyə cəhdlər göstərir. Təbii ki, Azərbaycan Prezidentinin yaratdığı reallıqlar, ölkəmizin güc və artan hərbi-siyasi qüdrəti şəraitində təxribatların hansısa nəticəyə varması mümküm deyil. Lakin istənilən halda anti-Azərbaycan blokun formalaşmasına susqunluqla yanaşmaq olmaz və bu həm də Türkiyənin özünün bölgədə maraqları üçün uyğunsuz situasiyadır. Belə bir şəraitdə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə zəruridir", - deputat qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB