Mədəniyyət naziri Aİ ilə əməkdaşlıq üzrə Dövlət Komissiyanın üzvü olacaq

Mədəniyyət naziri Aİ ilə əməkdaşlıq üzrə Dövlət Komissiyanın üzvü olacaq

Mədəniyyət naziri Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü olacaq.

SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Bundan əvvəl mədəniyyət nazirinin birinci müavini Komissiyanın üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə