"Rusiya üçün də Azərbaycanın qırmızı xətti aydındır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Moskvada Azərbaycan-Ermənistan-Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına yönəlib və burada bir sıra məqamlar yadda qaldı". Bu sözləri politoloq İlyas Hüseynov SİA-ya açıqlamasında deyib.
"Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edir ki, Azərbaycanın qanunvericiliyi əsasında və beynəlxalq konvensiyalara uyğun olaraq hüquq və təhlükəsizliklər təmin olunmalıdır. Fikrimcə, bu, digər geopolitik aktorların indiyə qədər dilə gətirmədikləri yanaşmadır. Hüquqlardan, təhlükəsizlikdən, bütün maraqlı tərəflərdən danışırlar, lakin konkret Azərbaycan qanunvericiliyi ilə bunun tənzimlənməsi Rusiya platformasına dilə gətirildi. Eyni zamanda, Azərbaycanın prinsipiallığı, siyasi iradəsi, qətiyyəti burada da özünü göstərdi və Azərbaycan tərəfinin keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsindən narahatlıq ifadə olunacağı haqqında da Lavrovun köməkçisi Rusiyanın xarici işlər nazirinə də bildirdi. Mikrofonun açıq olması bunu üzə çıxartdı, lakin artıq Rusiya üçün də Azərbaycanın qırmızı xətti aydındır. Bu terminologiya qəbuledilməzdir və Cənab Prezident İlham Əliyev 2021-ci ilin 7 iyul tarixində imzaladığı Fərmanla Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları formalaşdı. Bu da yeni geo-siyasi reallıqlardır və hazırki məqamda “Dağlıq Qarabağ” ifadəsi tamamilə yolverilməzdir. Qarabağ və bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bizim konstitusiyamız, qanunvericiliyimiz, yurisdiksiyamız burada ən ali səviyyədə qorunmalıdır.", - politoloq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB