Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə