İnformasiya savaşının sərkərdəsi - Prezident İlham Əliyev - PRİZMA
Bəşər tarixinin son onillikləri müharibələrlə doludur, lakin heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın yüksək olması və bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, məhz ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.
Həmçinin onu da vurğulamaq lazımdır ki, ölkəmizə fərqli münasibətdə olan dövlətlərin KİV-lərinə müsahibə vermək, qarşı tərəfin suallarını cavablandırmaq həm də ölkələr arasındakı əlaqələrə aydınlıq gətirir. Sualları cavablandırmaq üçün isə jurnalistin təmsil etdiyi dövlətin daxili və xarici siyasəti, iqtisadiyyatı, coğrafiyası, dünyanın siyasi müstəvisindəki mövqeyi, nüfuzu, bir sözlə, ən kiçik detallar barədə zəngin informasiyaya malik olmalısan. Ölkəmizə gəlişinin məqsəd və məramından asılı olmayaraq xarici jurnalistlərin suallarına təmkinlə, səbirlə, xalqımıza məxsus qonaqpərvərliklə Azərbaycan xalqının maraqları, dövlətçilik mövqeyi, ölkəmizin region üçün əhəmiyyəti, dünya siyasətinə təsiri baxımından münasibət bildirən Prezident İlham Əliyev informasiya müharibəsində də qalib olduğunu göstərdi.
Elə iyulun 21-də Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da, müzakirə edilən məsələlər, ən əsası Azərbaycan Prezidentinin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirləri güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlətimizin başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Və Azərbaycan Prezidenti İlham Əliyev cənabları da bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.
Prezident İlham Əliyev Forumda Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Qalib Ali Baş Komandan xarici media nümayəndələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı suallarına cavabında Prezident İlham Əliye artıq hər kəsin Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdiyini vurğuladı və bildirdi ki, Ermənistan ölkəmizə qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişiqiq ilin sonunadək imzalanması mümkündür. Çünki sülhün olmaması bölgə üçün heç də yaxşı ssenari deyil. Çünki sülh müqaviləsi imzalanmayacağı tədbirdə regionda sabitliyi, təhlükəsizliyi təmin etmək olmayacaq. Ali Baş Komandan Şuşadan dünyaya bəyan etdi: "İndi mən yenə də deyirəm, gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq".
Eyni zamanda Qalib Azərbaycan Prezidenti İlham Əliyev dünya mətbuatını ermənilərin vəhşiliklərinə, barbarlığına yönəldərək onların iç üzünü dünya tanıtdırdı və işğal dövründə törətdikləri vəhşiliklərdən bəhs edərək bu ölkənin gələcək üzünü bir daha ifşa etdi.
Bax, budur Liderlik!. Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir".
Bu uğurlar, əlbəttə ki, bu son 20 illik prezidentlik fəaliyyəti nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verir.
Beləliklə, Prezident İlham Əliyevin istər Qlobal Şuşa Media Forumu, istərsə də digər keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi bir daha dünyanın diqqətini özünə cəlb etməklə informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.
Bir sözlə, həm hərb meydanının, həm də informasiya savaşının Sərkərdəsi cənab Ali Baş Komandan ön cəbhədə döyüşən əsgər və zabitlərimizə öz əmrlərini verərək onlardan qələbə qazanmağı tələb etdiyi zamanda da, eynilə dünyanın tanınmış KİV-lərinə müsahibə verərkən də həm yerli media nümayəndələrinə informasiya savaşında məğlub olmamaq tələbini göstərməklə bir daha bütün dünya İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu.
Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti verdiyi müsahibələrində həm erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı siyasi dərs verdi və Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı. Bir sözlə, Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm tarixi hadisədir. Dövlət başçımızın söylədiyi kimi: "Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB