Ermənistanı eko-terroru davam etdirməyə nə vadar edir? - DEPUTAT ŞƏRH ETDİ
Ermənistan Azərbaycanla sərhəddə, Arazdəyəndə metallurgiya zavodunu istismara vermək istəyir. Bu isə ölkəmizdə ekologiyaya və insan sağlamlığına dəyəcək zərərlə bağlı Azərbaycan xalqını narahat edir.
Bu barədə Milli Məclisin deputatı Sadiq Qurbanov SİA-ya danışıb: "Ermənistanın Arazdəyəndə, Naxçıvanla sərhəddə metallurgiya zavodunu tikməsi qeyri-qanuni prosesdir. Çünki bildiyimiz ki, "Espo" konvensiyasına görə, qonşu dövlətlərlə sərhəddə və ya sərhədə yaxın ərazidə mühüm layihə həyata keçirilirsə, həmin layihələrin ekoloji ekspertizası keçirilir və həmin ərazilərdə, qonşu dövlətlərdə yaşayan insanlara ekoloji cəhətdən dəyən zərər hesablanmalıdır. Eyni zamanda, qonşu dövlətin ekspertləri, monitorinq qrupu həmin layihənin həyata keçirilməsinə icazə verməlidir. Buna görə də Azərbaycan tərəfindən heç bir icazə verilməyib, razılıq əldə edilməyib. Bu, təbii ki, qeyri-qanuni hərəkətdir və Azərbaycan bütün Qarabağ ərazisində apardığı işlər, eyni zamanda, dünya ekologiyasına etdiyi xoşməramlı niyyətini burada da ortaya qoyur və Ermənistan tərəfini bu metallurgiya zavodunun tikintisini dayandırmağa çağırır.
Fikrimcə, ermənilər daima beynəlxalq konvensiyalara, qanunlara həmişə dırnaqarası baxıb, heç vaxt onları qəbul etməyib. Əgər etsəydilər 30 il ərzində BMT-nin qərarlarını icra etməyə yönələrdilər. Azərbaycan isə öz gücü ilə işğalın qarşısını aldı, öz ordusu ilə məqsədlərinə nail oldu. Bunlar provokasiya xarakterli layihələrdir, Azərbaycanın – Naxçıvanın ərazisində yeni bir problemin yaranmasına gətirib çıxarmaq istəyirlər. Cənab Prezidentin də "Espo" Konvensiyasını xatırladaraq qeyd etdiyi kimi, onlara nəyi etməli olduqlarını bir daha xatırlatdı. Ümid edirəm ki, Ermənistan da bu layihəni öz xoşu ilə saxlayar. Əgər belə olmasa, Azərbaycan tərəfi yəqin ki, beynəlxalq hüquq, konvensiyanın tələbləri çərçivəsində, lazım gələrsə də dəmir yumruq sayəsində bu layihəni dayandıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB