"Ölkəmizə qarşı hörmətsizliyə Azərbaycan cavabını verəcək" - ŞƏRH EDİLDİ

"Ölkəmizə qarşı hörmətsizliyə Azərbaycan cavabını verəcək" - ŞƏRH EDİLDİ

"Azərbaycan müstəqil siyasət yeridir. Dövlətimiz öz işlərini kiminsə siyasətinin uğuruna əsasən qurmur. Buna görə də Azərbaycanla münasibətdə bu məsələləri nəzərə almaq lazımdır. Ölkəmizə qarşı hörmətsizlik olarsa Azərbaycan bunun cavabını verəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun "Rusiyasız nə Ermənistan, nə də Azərbaycan mövcud olacaq" sözləri haqqında düşüncələrinə etirazını bildirərək deyib.

"Bu cür açıqlamaların verilməsi qəbuledilməzdir. Azərbaycan hər zaman Rusiya ilə əlaqələrinin inkişafında, güclənməsində maraqlı olub və siyasətini buna əsasən qurub. Zatulin kimilərin sayı artmaqdadır. Bu kimi açıqlamalar ikitərəfli əməkdaşlığa ziyan vurur. Bilirik ki, Azərbaycan-Rusiya arasında münasibətlər, dövlət rəhbərləri arasında əlaqələr hər zaman yüksək səviyyədə olub, Rusiya-Azərbaycan arasında əməkdaşlıq barədə də fevral ayında sənəd imzalanmışdı. Lakin Rusiya rəsmiləri sanki bu cür açıqlamarla qarşılarına bu münasibətləri korlamağı, ikitərəfli əlaqələrə zərər vurmağı məqsəd qoyub. Bu kimi cəhd və addımlar birmənalı olaraq qəbuledilməzdir. Bunun mütləq Azərbaycan tərəfindən ciddi cavabı olacaq. Biz əlaqələrin, münasibətlərin inkişafında maraqlıyıq, daha çox əlaqələrin inkişafı üçün çalışırıq. Rusiya tərəfi də bu istiqamətdə addımlar atmalıdır", - deputat qeyd edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə