Krım körpüsü Rusiya üçün niyə vacibdir? - POLİTOLOQ ŞƏRH ETDİ

Krım körpüsü Rusiya üçün niyə vacibdir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Krım körpüsünün partladılması, ona zərbə endirilməsi Rusiya-Ukrayna müharibəsində yeni bir vəziyyəti formalaşdırır. Rusiya uzun illər ərzində Krımın artıq Rusiya ərazisi olmasını qeyd edirdi. Lakin biz görürük ki, müharibənin gedişi dəyişikliklərə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu körpüdə Rusiya artıq fövqalədə vəziyyət elan edib: “Krım körpüsü 2014-cü ildən sonra artıq Rusiyanın qələbə simvoluna çevrilib. Yaranan vəziyyət həm də nəbz yoxlamasıdır. Çünki Rusiya bir müddətdir ki, nüvə silahından istifadə edilməsinə dair mesajlar verir. Lakin Krım körpüsü Rusiya üçün çox vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə