"Fond" adı altında onlar gənclərin beynini yumağa çalışırlar" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fond" adı altında onlar gənclərin beynini yumağa çalışırlar" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cəmil Həsənli, Qubad İbadoğlu və Arif Məmmədovun "Azərbaycan Gənclərinin Təhsil Fondu"nu qeydiyyata saldırması qrant mənimsəmə oyunlarından başqa bir şey deyil. Bu işləri yaxşı bilirəm. Xaricdəkilər Azərbaycanın daxili işlərinə qarışmaqdan ötrü ya insan hüquqları ilə əlaqəyə keçir, ya da ictimai işlər, QHT-lər yaradır və onları maliyyələşdirirlər. Əslində, iqtidara təsir yolları əldə edirlər. Həmin bu adamlar da gənclərin beynini yumaq, onları Qərbin istədiyi istiqamətdə yönəltmək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Cəmil Həsənli Azərbaycan hakimiyyətini və Prezidenti Ermənistana sərt mövqe tutmaqda ittiham edirlər: "Bir vaxtlar deyirdilər ki, iqtidar deputatları xalqın xeyrinə danışmağa məcbur edir. Biz onları yaxşı tanıyırıq. Biz halal əməkhaqqımızı alırıq. Amma onlar belə qondarma fondlar yaradaraq qanunsuz maliyyələr əldə edirlər. Yaxşı bilirik ki, onlar hakimiyyətə gəlməkdən ötrü Rusiya Milyonerlər İttifaqı ilə əlaqələr qurur. Biz neçə il işsiz olmuşuq, amma heç bir xarici dövlətə baş əyməmişik və onların oyuncağı olmamışıq. Cəmil Həsənli və digərlərinin yaratdığı fond gənclərin beynini yumaqdan, onları Qərbin mənfi siyasətinə inandırmaqdan başqa bir şey deyil".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə