6 ayın göstəriciləri dövlətin niyyətini və gücünü göstərir - ANALİZ

6 ayın göstəriciləri dövlətin niyyətini və gücünü göstərir - ANALİZ

PREZİDENT İLHAM ƏLİYEV: "Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək"

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Son 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.

DÜZGÜN İQTİSADİ SİYASƏT ÖLKƏNİ ANCAQ TƏRƏQQİYƏ DOĞRU APARIR

Bu real faktordur ki, ölkə iqtisadi cəhətdən müstəqil olanda, siyasi müstəqilliyə də qovuşmuş olur. Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir. İlin altı ayının sosial iqtisadi göstəricilərinin ildən-ilə artaraq tərəqqi doğru aparır.

"Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir",-deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Qeyd olunmuşdur ki, cari ilin altı ayında əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayesi 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artmışdır. Belə ki, iqtisadiyyat 6,2, qeyri-neft sektoru 9,6, sənaye istehsalı 2,1, qeyri-neft sənaye istehsalı 11,5, əhalinin gəlirləri 20, orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb.

Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Belə ki, iqtisadiyyat 6,2, qeyri-neft sektoru 9,6, sənaye istehsalı 2,1, qeyri-neft sənaye istehsalı 11,5, əhalinin gəlirləri 20, orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb.

Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edilsin. Bu gün Azərbaycanın büdcəsi 36 milyard manatdan çoxdur. Bu, imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilsin, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilsin və hərbi gücümüzü artıraq.

Onu da vurğulamaq lazımdır ki, ölkə iqtisadiyyatında dinamik inkişaf dövrünü yaşayan və iqtisadiyyatda payı artan sektorlardan biri də energetikadır. Azərbaycan iqlimin dekarbonlaşdırılması və yaşıl enerjiyə keçidlə əlaqədar qlobal çağırışlara qoşulan ilk ölkələrdəndir. Artrıq 710 meqavat gücündə üç bərpa olunan enerji stansiyalaraın qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Həm də Azərbaycanın bərpa olunan enerji potensialı çox yüksəkdir və dövlət başçımızın tapşırıqları ilə bu sahənin inkişaf əsas prioritetlərin arasındadır. Dövlətin hədəfi isə daha çox təmiz elektrik enerjisi itehsal etməklə Avropanın enerji bazarına daxil olmaqdır. Bu gün Azərbaycan həm ölkə daxilində yeni elektrik istehsal güclərin yaradılması istiqamətində sürətlə çalışır, həm də Avropa İttifaqı ölkələrinə istehsal etdiyi elektrik enerjisinin çatdırılması istiqamətində yeni xətlərin tikintisində iştirak edir.

Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən geniş miqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanılmışdır və bundan sora da Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq. Dövlət başçımızın söylədiyi kimi: "Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə