Brüsseldə keçirilən altıncı görüşdən GÖZLƏNTİLƏR – TƏHLİL

Brüsseldə keçirilən altıncı görüşdən GÖZLƏNTİLƏR – TƏHLİL

Qərbin sülh danışıqları prosesindəki fəallığının artması müşahidə edilir və bu heç də səbəbsiz sayılmır. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddətinin bitməsi tarixi yaxınlaşdıqca bu fəallığın bundan sonra daha da artacağı belə gözləniləndir. Çünki regionda böyük güclərin maraqlarının toqquşması fonunda onların öz təsirlərini qorumaq, eləcə də bu təsirləri artırmaq istəyən qüvvələrin mövcud şəraitdən istifadə cəhdləri başadüşüləndir. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh prosesi ilə bağlı danışıqların intensivləşməsi tamamilə məntiqidir, baxmayaraq ki, İrəvanın pozuculuq siyasəti sayəsində, görüşləri təşkil edənlər bu günə qədər istədikləri nəticəni ala bilməyiblər və belə görüşlərin keçirilməsi davamlı xarakter alıb. Məhz bu baxımdan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən altıncı görüşün də sonuncu olmayacağı qənaətində hər kəs haqlıdır, amma heç şübhəsiz ki, bu görüş, aparılan danışıqlar, müzakirələr bütün dünyanın diqqət mərkəzindədir.

Danışıqların hansı platformada, hansı istiqamətdə, hansı şəkildə olmasından asılı olmayaraq, Azərbaycan tərəfi bu zamana qədər hər mənada, hər istiqamətdə irəliləyiş əldə edib və bundan sonra da gözlənilən yalnız uğur və nailiyyətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirədə danışıqlar prosesinə toxunarkən söylədikləri ölkə rəhbərinin də müsbət fikirdə olduğu qənaətinə gəlmək üçün əsas verir, çünki cənab Prezidentin müəyyən irəliləyişlərin olduğuna əminliyi bunun üçün, bu qənaətə qəlinməsi üçün yetərlidir. Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, indi çox şey İrəvandan və Ermənistanın prosesi başa çatdırmaq iradəsindən asılıdır.

Hazırda erməni cəmiyyətində olan çaxnaşma özü də təsdiq edir ki, Ermənistanın nə vəziyyətdə, hansı məğlub, acınacaqlı durumda olduğunu hər bir erməni belə yaxşı bilir. Yaxşı bilir ki, Brüsseldə də onları nə gözləyir. Hər bir halda erməni separatizminə haqq qazandırıla, don belə geyindirilə bilməz və bunun fonunda Ermənistan nəyə ümid edə bilər? Şarl Mişel də Brüsseldə erməni separatçılarını müdafiə edə bilməz və etməz də. Brüssel görüşləri zamanı hər kəs bunun dəfələrlə şahidi olub və Azərbaycanın haqlı olduğu qənaətində də hər kəsin olduğu dəfələrlə öz təsdiqini tapıb. Belə olan halda, ermənilərin Brüsseldəki bu görüşdən də hansısa gözləntilərinin olmadığı ortaya çıxır. Təsadüfi deyil ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan, paradoksal olaraq, bəyan edib ki, Paşinyan qeyri-adekvatlıq dərəcəsini daha artıra bilər və görüşdən öncə onun Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi, etiraf etməsi hələ heç nə demək deyil, boş şeydir. Üstəlik, danışıqların “Sovet dövründə Qarabağ muxtariyyətinin qorunub saxlanılması” məntiqi ilə aparılmalı olduğu barədə təklifi də həm çox gülünc görünür, həm də məsələnin nə yerdə olduğu qənaətinə gəlməyə kömək edir. Deməli, bəlli olur ki, erməni cəmiyyəti artıq uduzduğunun fərqindədir, görüşlərdən özləri üçün heç bir irəliləyiş gözləmir və sadəcə, az da olsa, divident əldə etmək üçün dəridən-qabıqdan çıxır.

Müharibədə məğlub olduqları halda özlərini heç də məğlub olmayanlar kimi göstərməyə çalışanlar başlarını itiriblər. Nə istədiklərini özləri də bilməyənlər absurd fikirlər səsləndirməkdə bir-biriləri ilə sanki yarışa giriblər və həmin ölkədə ən axmaq fikir səsləndirən qalib hesab olunur. Əgər erməni cəmiyyəti, onun başbilənləri öz ölkəsini ötən əsrin 90-cı illərində Azərbaycanın düşdüyü vəziyyətlə müqaisə etmək istəyirsə, yenə də yanılır. Çünki arada böyük fərq var və ən böyük, ən əsas fərq ondadır ki, Azərbaycanın tərəfində ədalət olub və indi həm haqq-ədalət, həm də güc bizim tərəfimizdədir. Ermənistanın isə bunların heç birinə ümidi belə yoxdur. Belə ümidsizlik girdabında axmaqcasına dilemma ilə çıxış etmək, təbii ki, ancaq haylara məxsus ola bilər və bundan sonra nəyə isə ümid edənlər də belə axmaqlıq yarışında özlərini qalib hesab edənlər ola bilər. Bir-biri ilə bəhsə gedənlər, yarışanlar arasında Ermənistan Xarici İşlər Nazirliyinin indiki rəhbəri Ararat Mirzoyanın da olması, dəlilikdə, axmaqlıqda birinciliyi keçmiş həmkarına verməmək qərarına gələrək, rəsmi Bakının ünvanına ittihamlar səsləndirməsi həmin cəmiyyətin hansı anormal durumda olduğunu göstərir.

Ağdərədə baş verən faciəli hadisəyə - iki azyaşlı uşağın naməlum şəkildə analarından ayrılaraq bir neçə kilometr aralıda başqasının avtomobilində kilidlənməsi, uzun müddət maşından düşə bilməməsi və nəticədə də həddindən artıq isti olması səbəbindən ölməsi hadisəsəsinə görə isterik erməni mediasının Azərbaycanı günahlandırması təbii ki, hər şeydə azərbaycanlıları günahkar göstərmək niyyətində olan erməni xislətini ortaya qoyur və həmin xislətə bələd olanlar buna görə heç də təəccüblənmirlər. Amma bu xislət xarici işlər naziri səviyyəsində təzahür edəndə, eyni şeyi Ermənistanın XİN rəhbəri də deyəndə təəccüb hissi olmasa da tamam başqa bir dözülməz ağrılı hiss insanı əhatə edir və düşünürsən ki, gör biz hansı xislətlə, kimlərlə həm mübarizə aparırıq, həm də danışıqlar. Təsəvvür edək ki, axmaqlara, vəhşilərə insan cəmiyyətində yol verilir, yer ayrılır, çox vacib, əhəmiyyətli, olduqca məsuliyyətli bir sənədə imza atmaları üçün danışıqlar aparmaları məqsədi ilə ciddi, dərkli, düşüncəli insanların toplantısına gəlmələri təklif olunur. Bu zaman gözlənti nə ola bilər? Şarl Mileş özü də belə axmaqlardan bir şey gözləmir və ümid edir ki, nə səbəbdənsə, hansısa vaxtda bu məsələ ilə bağlı nəyə isə nail ola bilər. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti növbəti görüş barədə də təkliflə çıxış edib, çünki bu görüşdən erməni axmaqlarının bir nəticə çıxardığını qətiyyən güman etmir. Ola bilsin növbəti görüşə qədər axmaqlıqlarını yerə qoyacaqları barədə düşünür.

Münaqişənin bitdiyini və sülhün təmin olunmasının vacibliyini hər kəs qəbul edir. Lakin erməni cəmiyyəti hələ də axmaqcasına hansısa manipulyasiyalar etməyi, bununla da məsələni uzatmağı vəziyyətdən guya çıxış yolu hesab edir. Amma bu cəmiyyət axmaqlığı, xam xəyallatrı bir tərəfə qoyub başa düşməlidir ki, çıxış yolu bu deyil və rəsmi İrəvan mütləq məğlubiyyəti dərk edərək xarici siyasətindən tutmuş, doktrinasına qədər geniş dəyişikliklərə getməlidir. Əks halda bunun acı nəticələri ilə yenə də ermənilər özləri qarşılaşmalı olacaqlar. Onsuz da Azərbaycanın gücü, qüdrəti qarşısında tab gətirə bilməyəcəklər və hər təxribatlarına, hər manipulyasiyalarına görə özləri ağrı çəkirlər. Bu baxımdan beynəlxalq görüşlərdə də daşı ətəklərindən töküb, danışıqlarda müsbət nəticələr əldə olunmasına rəvac verə bilən normal davranışlar sərgiləməlidirlər.

Azərbaycan tərəfi istənilən halda öz məqsədlərinə nail olmaqdadır və bunu Brüsseldə də bilirlər, Vaşinqtonda da, Moskvada da. Çünki bilirlər ki, haqq da qanun da Azərbaycanın tərəfindədir və haqlı, qanuni, ədalətli mövqeyini qoruması üçün ölkəmizin gücü də, qüdrəti də yetərincədir. Beynəlxalq ictimaiyyət belə yaxşı başa düşür ki, Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı hərəkətə keçmə vaxtı əvvəlkilərdən daha yaxın görünür. Separatçılığın, terrorçuluğun qarşısının alınması isə heç bir müstəvidə pislənə bilməz və bu baxımdan Azərbaycanın növbəti əməliyyatına kiminsə ağız belə büzə bilməyəcəyi təkzib edilən deyil. Elə buna görə də Brüsseldə Ermənistan tərəfi bütün bunları nəzərə almalıdır. Təbii ki, Şarl Mişel mövcud vəziyyəti çox yaxşı başa düşür və tərəflərin görüşməsi üçün vasitəçiliyi də bu baxımdan anlaşılandır. Doğrudur, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələri barədə bu gün danışmaq hələ tezdir, amma hər bir halda Azərbaycan tərəfinin diplomatik müstəvidə də qalibiyyəti zərrə qədər şübhə doğura bilməz. İstənilən halda Azərbaycanın irəliləyişlər, uğur və nailiyyətlər qazanmaqda olduğu göz önündədir və ümid edirik ki, bu, Brüsseldə erməni baş nazirinə də, onun hakimiyyət komandasına da başa salınacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə