“Azərbaycan-İsrail hərbi əməkdaşlıqda maraqlıdırlar” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan-İsrail hərbi əməkdaşlıqda maraqlıdırlar” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“İsrail ilə Azərbaycan arasında hərbi texniki sahədə əməkdaşlığın tarixi 2005-ci ildən başlayır. İsraildən əldə olunan reaktiv yayılım atəşi sistemləri və pilotsuz vasitələr 2008-ci ildən bəri keçirilən hərbi paradda nümayiş etdirilib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, sonradan əməkdaşlığın həcmi get-gedə artmağa başladı və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “T-72” tanklarının demək olar ki, hər biri İsrail tərəfindən modernizasiya edildi: “İsrail ilə Vətən müharibəsinə qədər bağlanan müqavilələrin miqdarı təxminən 5 milyard dollara yaxın oldu. Bundan sonrakı dövrdə milyardlıq bir neçə müqavilənin bağlandığı da faktdır.

Azərbaycan ilə İsrail arasında bütün sahələr üzrə əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Bu əlaqələrin yarandığı ilk gündən bu günə qədər daim münasibətlərimizdə müsbət dinamika müşahidə olunub. Hər iki ölkə bu gün digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin genişləndirilməsində maraqlıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə