Brüssel görüşü – Azərbaycan diplomatiyasının növbəti qələbəsi - ŞƏRH
Brüsseldə iyulun 15-də Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı növbəti altıncı görüş Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə növbəti təntənəsidir. Burada Azərbaycanın diplomatik məharəti, səbr və təmkini mühüm rol oynadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi. Liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsi oldu.
Qeyd edək ki, buna qədər, yəni 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra liderlər Brüsseldə beş dəfə görüşmüşdülər və hər görüşdə də Azərbaycanın şərtlri keçərli oldu. Çünki bu gün Azərbaycan lideri Prezident İlham Əliyevin düşünülmüş və hücum diplomatiyası nəticəsində beynəlxalq təşkilatlar haqq işimizə dəstək verir.
Azərbaycanın qalib lideri Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən demişdir: "Mən diplomatik dilin nə olduğunu bilirəm. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək".
Göründüyü kimi, Prezitdent İlham Əliyev hər bir sahədə çəkinmədən sözünü deməklə bir daha vurğuladmışdır ki, “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Bu, sadəcə, siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlət başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini və Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Və bu gün hər iki tərəfin Avropa İttifaqına etimadı var. Burada xüsusilə, Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir.
Qeyd edim ki, hər iki tərəfin Azərbaycan və Türkiyənin Avropa İttifaqına etimadı var. Burada xüsusilə, Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş altıncı görüşün yekunlarına dair mətbuata açıqlamasında da bir daha aydın görürük. Növbəti 6-cı görüşdə də Azərbaycanın şərtlri keçərli oldu. Çünki Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Bir sözlə, 6-sı Brüssel görüşü də əvvəlki görüşlər kimi Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında da bildirmişdir ki, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər.
Bir sözlə, nəticə etibarilə əvvəlki görüşlərdə olduğu kimi, altıncı Brüssel platforması da Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin aktivinə yazılmalıdır.
Ümumilikdə, görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasını üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB