"Əksər dövlətlər Azərbaycanın gücünün fərqindədir” - DEPUTAT DANIŞDI

"Əksər dövlətlər Azərbaycanın gücünün fərqindədir” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 11 iyul tarixində Azərbaycanın 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin iqtisadi, siyasi və hərbi inkişafı ilə bağlı bir çox aktual məsələlərə öz münasibətini bildirdi. Dövlət başçısı qeyd edirdi ki, öz müstəqilliyimizi, seçimimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Cənab Prezident birinci Qarabağ müharibəsində məğlubiyyətimizin bir çox səbəbləri olduğunu bildirdi. Bir tərəfdən güclü ordu və onu təşkil etmək üçün mütəxəssislər yoxdur, ölkəni idarə edənlərin təcrübəsizliyi ermənilərə imkan verdi ki, onlar öz havadarlarının köməyindən istifadə edərək, Azərbaycan torpağının 20 faizini işğal etsinlər. Buna görə də biz özümüzü qorumaq üçün bu illər ərzində ən çox çalışdığımız və nail olduğumuz məsələ güclü ordunun yaradılması idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra növbəti çıxışlarının birində deyirdi: “17 illik hakimiyyətim dövründə öz əsgərimdən bir gün belə ayrı qalmadım. Hərbi potensial və bərpa edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, ayırmışıq”.

Deputat fikirlərinə davam edərək bildirib ki, doğurdan da Vətən müharibəsindən sonra Azərbaycan xalqının qazandıqlarınl və uğurlarını sona çatdırmaq üçün bu gün Qarabağda gecə-gündüz quruculuq işləri gedir. Görülən işlərlə yanaşı, bizim burada kifayət qədər güclü və ən müasir silahlarla təchiz edilən ordumuz var. Buna görə də dövlət başçısı bir daha qeyd edirdi: “Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışmaq olmaz”.

Hələ Ulu Öndər tərəfindən Əsrin müqaviləsi imzalanmasaydı, ölkəmiz nə bu qədər inkişaf edər, nə də ordusunu müasir texnika ilə təchiz edə bilərdi. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Xüsusilə müharibə zamanı Şuşa ətrafında gedən döyüşlər ordumuzun gücü bir da nümayiş etdirmiş oldu. Dünyanın əksər dövlətləri dövlətimizin gücünün fərqindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə