“Tovuz döyüşləri Azərbaycanın şanlı zəfər tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu döyüşlərin əsas əhəmiyyəti ondan ibarət idi ki, bu hadisədən sonra dövlət başçısı, xalq və ordu düşmənə qarşı vahid yumruq şəklində birləşdi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Tovuz döyüşlərində Azərbaycan ilk dəfə olaraq generalını şəhid kimi itirdi: “Şəhid İlqar Mirzəyev də Azərbaycanın kifayət qədər nüfuzlu zabitlərindən biri idi. Bu gün həm Polad Həşimov, həm də İlqar Mirzəyevin Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbə əldə etməsində çox böyük rolu olub. Məhz həmin yüksək rütbəli zabitlərin əsgərlərimizlə çiyin-çiyinə döyüşlərdə iştirak etməsi, torpaqlarımızı müdafiə etməsi bir çox gənc zabit və əsgərlərimiz üçün örnək oldu”.
Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycan tarixinə yazılan bu qızıl səhifə bu gün türk dünyası üçün bir nümunədir: “Polad Həşimov, İlqar Mirzəyev, Mübariz İbrahimov və digər igid övladlarımızın Vətən üçün nümayiş etdirdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşından əsrlər boyu silinməyəcək. Xalqımız var olduqca qəhrəman general və zabitlərimizin xatirəsi qəlblərdə yaşayacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB