"Ərəb mediası Azərbaycanı günahlandırmağa çalışır" - Ceyhun Məmmədov

"Ərəb mediası Azərbaycanı günahlandırmağa çalışır" - Ceyhun Məmmədov

“Müharibə bitsə də Ermənistan təxribatları hələ də davam edir. Ermənistan xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır. Eyni zamanda, Azərbaycanla bağlı yalan məlumatlar yayılır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü növbədənkənar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Ermənistan ərəb ölkələri, ümumilikdə müsəlman ölkələri ilə əlaqə qurmağa çalışır: “Ermənistan mediası da ərəb mediası ilə sıx şəkildə əməkdaşlıq edir. Ərəb mediası da Azərbaycanı Qarabağ mövzusunda günahlandırmağa çalışır. Bu gün Azərbayan bir çox ölkələrdə səfirliklər açıb. Lakin səfirliklərdə əməkdaşların sayı kifayət qədər deyil. Mövcud vəziyyəti nəzərə alaraq, bu məslələrə önəm verməliyik . Çünki səfirlikdə əməkdaşların az olması belə məsələlərdə özünü göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə