“Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yeni bir mərhələ başladı“ - DEPUTAT ŞƏRH ETDİ

“Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yeni bir mərhələ başladı“ - DEPUTAT ŞƏRH ETDİ

“14 iyul Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi günü kimi həkk olunub. 1969-cu il iyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın Sovet tarixində yeni bir mərhələ başladı. Bu mərhələ Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün mövcud şəraitdə zəruri olan ilkin şərtlərin hazırlanması ilə səciyyələnir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan aqrar respublikadan sənaye aqrar respublikasına çevrildi: “Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı. Azərbaycanlıların hərbi döyüş texnikası olan hissələrdə xidmət etməsi üçün imkanlar yaradıldı. Yeni ali məktəblərin əsası qoyuldu, milli kadrlar hazırlandı. Cənubi Azərbaycandan olan gənclərin Azərbaycanda təhsil almalarına dair qərarlar qəbul edildi.
1969-cu ildən 1982-ci ilə qədər Ermənistana torpaq verilmədi. Azərbaycan dili sahəsində tədqiqatlara ilk dəfə olaraq dövlət mükafatı verildi. Şair və yazıçılar azad nəfəs almağa başladılar, tarixi tədqiqatlara şərait yaradıldı.

Ulu Öndər deyirdi: “22 il əvvəl mən Azərbaycanın müstəqilliyi barədə düşünürdüm”. 22 il əvvəl deyərkən, Ulu Öndər 1972-ci ili nəzərdə tuturdu. Sonralar Heydər Əliyevin Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifələrində işləməsi millət üçün bir fəxr idi. Vəzifələrindən çıxarılandan sonra Naxçıvanda parlamentin üzvü seçildi və ağsaqqal deputat olaraq parlamentin ilk iclasında üçrəngli bayrağımızın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyev parlamentdə etdiyi bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə qalmış bir zamanda qəti şəkildə Azərbaycanın yolunun müstəqillikdə olduğunu deyirdi. 1993-cü ildə Azərbaycan ümumi böhrana daxil olduqda xalqın tələbi ilə hakimiyyət Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Bununla da Azərbaycan tarixində tamamilə yeni bir mərhələ başladı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə