“Ermənistan görüntü yaratmağa çalışır” - POLİTOLOQ FİKİR BİLDİRDİ
“Ermənistan Azərbaycanla sülh imkanlarını sabotaj etməyə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanın müstəqil dövlət ola bilməməsi, Ermənistan sərhədlərində xarici faktorların “at oynatması” Ermənistanın Azərbaycana qarşı başqa ölkələrin oyuncağı olmaq “missiyasını” davam etdirməyə səbəb olur. Ermənistan öz üzərinə iki ölkə münasibətlərinin düzəlməsi ilə bağlı öhdəliklər götürsə də, bu öhdəliklərin yerinə yetirilməsi üçün heçnə etmir. Əksinə vəziyyətin gərgin qalmasına çalışır. Həmçinin Ermənistan beynəlxalq birlikdə Azərbaycanla Ermənistan arasında heç bir halda sülh olmayacağı ilə bağlı görüntü yaratmağa çalışır. Buna görə də baş verən bütün təxribatlar məhz bu missiyaya yönəlik olaraq həyata keçirilir. Lakin Azərbaycan Ermənistan və onun havadarlarını istənilən təxribat prosesində ən layiqli cavabı verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB