"Harada erməni təşkilatı varsa, orada qətliam var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"2023-cü il iyulun 4-də "Ukrainska Pravda" qəzetində erməni batalyonunun Moskvada Ukrayna-Rusiya müharibəsinə qatılmaq üçün kilsədən xeyir-dua aldığı qeyd olunur. Əslində, qəzet bu materialı verərkən ətraflı şəkildə həm fotoşəkilləri vermiş, həm də bu batalyonlarda vaxtilə Ukraynaya düşmən münasibətdə olan və 2014-cü il fevral hadisələrində dinc əhaliyə qarşı qırğın törədən ayrı-ayrı erməni nümayəndələrinin adları verilmişdir. Burada təəccüblü heçnə yoxdur. Biz I və II Dünya müharibəsi illərində erməni-faşist təşkilatlarının, keçmiş sovet əsgərlərinə qarşı etdiklərinin tarixini bilsək, təəccüblənmərik. I Dünya müharibəsinə qədər Balkan müharibələrində xüsusi erməni dəstələri var idi ki, onlar türk-müsəlman əhalisinə qarşı qəddar siyasəti ilə tarixə düşdülər. 1918-ci ilin mayınadək Ermənistan deyilən bir dövlət yox idi. Amma bu dövlətin funksiyalarını daşıyan erməni kilsəsi var idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Erməni kilsəsi heç vaxt sülhü müdafiə etməmiş, əksinə həmişə müharibəni təbliğ etmişdir: "30 ildən artıq bir dövr ərzində Azərbaycan-Ermənistan münaqişəsi zamanı xalqımıza qarşı soyqırımı həyata keçirilərkən hər zaman ilk xeyir-duanı erməni kilsəsi verib. Bu mənada Moskvada erməni batalyonunun yaradılması və Erməni Apostol Kilsəsinin ona xeyir-dua verməsi onu göstərir ki, bu kilsə xristianlıqdan doğan sülhü, ədaləti deyil, hər zaman müharibəni təbliğ etmişdir. Bu gün Ukrayna torpaqlarında yüzlərlə insan ölür, evlər dağıdılır, su-elektrik stansiyaları məhv edilir və erməni tərəfi bütün bunları sevinclə qarşılayır. Amma müharibə əzabını görmüş, qaçqın və köçkün həyatı yaşamış Azərbaycan xalqı bilir ki, bu olanları təqdir etmək olmaz".
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan dünyanın ən demokratik dövlətlərindən biri kimi hər zaman sülhün tərəfdarıdır: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünənki çıxışında yenidən qeyd etdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Azərbaycan əmin-amanlığı təmin etmək üçün əlindən gələni edir. Amma Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır göstərir, digər tərəfdən isə elə şərtlər irəli sürür ki, onlar müqavilənin imzalanmasına imkan vermir. Harada erməni təşkilatı varsa, orada terror, qətliam, soyqırım və insan ölümü vardır. Biz bu cür təşkilatları və onlara xeyir-dua verən Erməni kilsəsinin hərəkətlərini qınayırıq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB