Kurtulmuş TÜRKPA-nın Baş Katibliyinin inzibati binası ilə tanış olub

Kurtulmuş TÜRKPA-nın Baş Katibliyinin inzibati binası ilə tanış olub

İyulun 12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM), həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri Numan Kurtulmuş qurumun Baş Katibliyinin Bakıda yerləşən inzibati binası ilə tanış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər müşayiət ediblər.

Binada yaradılan şəraitlə tanışlıqdan sonra N.Kurtulmuş TÜRKPA-nın Baş katibliyinin fəaliyyəti ilə maraqlanıb, tövsiyələrini verib.

Sonra Numan Kurtulmuş binanın həyətində şam ağacı əkib.

Sonda qonağa hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə