Əli Kərimli reallıq hissindən məhrum olub ANALİZ

Əli Kərimli reallıq hissindən məhrum olub ANALİZ

İnsanların görkəmləri kimi xarakterləri də müxtəlif olur. Bu baxımda bərşəri varlıqlar arsında eyni simaya və xarakterə malik iki insan tapmaq mümkün deyil. Düzdür iddialar irəli sürülür ki, filankəs filakəsə oxşayır və eyni xasiyyətə malikdirlər. Kökündən səhvdir, mümükün deyil. Əgər səthi araşdırmalar aparılsa haqlı olduğum üzə çıxar. Bəli o düzdür ki, məfkurə və əqidə baxımından eyni düşüncəyə sahib insanlar ola bilər. Hətta bu yolu tutanların sayının yüz minlərlə, milyonlarla ola bilər. Lakin bu halda da sual ortaya çıxır, o qrupların siyasında olanlar bəşəriyyətə, insanlığa xeyir verirlər, yoxsa pislik göstərirlər? Əminliklə deyə bilərik ki, siyasətdə olanlar haqqında nəsə demək çətindir. Elə uzağa getmədən Azərbaycanın müxalif düşərgəsində yaşanan hadisələrə nəzər yetirsək, hər şey aydın olar.

Pulunu, malını itir, ancaq insanlığını itirmə

Məsəl var deyərlər ki, “xeyirxah o adamdır ki, onun fəaliyyəti və gördüyü işlər vətənə və xalqa faydalar verir”. Təssüf ki, dağıdıcı müxalifət ölkənin inkişafına deyil, tənəzzülə uğramasına, cəmiyyət də qarşduramaların yaranmasına cəhdlər göstərir və bunun uğrunda çalışırlar. Müxalif başbilənləri heç zaman Azərbaybaycanın iqtisadi, hərbi qələbələrinə sevinmirlər, əksinə uğurlara kölgə salmaq üçün hər cür cirkin vasitə və üsüllardan istifadə edirlər. Azərbaycanın Müzəffər ordusu, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalında olmuş torpaqlarımızı azad etdi, bir dəfə də olsun AXCP, “Milli Şura”, Müsavat rəhbərliyi Azərbaycan xalqını təbrik etmədilər. Bu azmış kimi erməni diasporasının sifarişləri əsasında Azərbaycanın hərbi və diplomatik qələbələrinə kölgə salmağa cəhdlər göstərdilər. Misal olaraq, AXCP sədri Əli Kərimlinin “Gərək canlı qüvvə itkisi bahasına da olsa idi Xankəndinə hərbi yürüş təşkil olunaydı” və yaxudda “Qaragöl istiqamətində mövqelərin möhkəmləndiliməsi, Azərbaycanın xeyrinə olmayacaq” və bu kimi milli ruhu sarsıtmağa xidmət edən açıqlamlarını göstərmək olar. “Milli Şura” nın və Müsavtın üzvü Tofiq Yaqublunun “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” deməsi və Koçaryan, Sarkisyan, Ohanyan kimi revanşist açıqlamlar verməsi onun vətənpərvərlik hissindən uzaq olduğunu göstərir. “Milli Şura” nın sədr Cəmil Həsnli isə , gah ABŞ-da gah da İngiltərə də oturub, Azərbaycanda insan hüquq və azadlıqları barədə cəfəng iddialar irəli sürür, şər və böhtanlar səsləndirir.

Əli Kərimli hər bir addımını tapşırıq əsasında atır

AXCP sədri Ə.Kərimli və onun əqidə dostlarının dövlətçilik və milli maraqlara qarşı yönələn çirkin siyasətləri cəmiyyət tərəfindən hiddət və qəzəblə qarşılanır. “Yurd” məktəbinin əməkdaşları isə ictimai narazılıqdan nəticə çıxarmırlar. Əksinə görünən ondan ibarətdir ki, onlar xalqin heysiyyatina toxunan hərəkətlərini və açiqlamlarini davam etdirilər. Demək olar ki, Ə.Kərimli hər gün ABŞ-ın qaranlıq dairələrinin layihəsi olan Sevinc Osmanqızının TV-sində və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin müəlliflik etdiyi TV-də Azərbaycan xalqına qarşı aşağılayıcı ifadələr səsləndirir. Gah "Siyasi partiyalar haqqında" Qanunu hədəf seçən Ə.Kərimli gah da parlament üzvlərinə qarşı ittihamlar irəli sürür. Bununla yanaşı o Azərbaycanın Qarabğda əldə etdiyi parlaq qələbəsinə özünəməxsus şəkildə kölgə salmğa çalışır. Bu da onu təsdiq edir ki, o erməni lobbisindən xüsusi tapşırıqlar alıb. Lakin ictimaiyyətin rəyinə əsasən demək olar ki, Ə.Kərimli və ətrafında olan şəxslərin qərəzli mövqeləri cəfənk fikirlər olaraq dəyərləndirilir. Yəni “it hürər karvan keçər”. Azərbaycan getdiyi qalibiyyət yolunu bundan sonrada davam etdirəcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə