Azərbaycan ədalətin bərpasına tərəfdarı olduğunu bütün dünyaya çatdırdı - ŞƏRH
Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı daha bir tarixi hadisə kimi yaddaşlarda qaldı. Prezident çıxışında çox mühüm məqamlara toxundu. Qeyd olundu ki, BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü hər zaman müdafiə edib. Vətən müharibəsi günlərində də üzv ölkələr müxtəlif platformalarda Azərbaycana və onun haqq mübarizəsinəöz dəstəklərini ifadə ediblər.
Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin hazırki fəaliyyətini qiymətləndirərkən canab Prezident bildirdi ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqlarıəks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq.
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Xüsusilə, Cənab Prezidentin dünyada neokolonializm meyillərinin artmasından narahatlığını ifadə etməsi günümüzdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Neokolonist həvəsləri və müstəmləkəçilik arzuları olanölkələr arasında cənab Prezidentin Fransanın adını xüsusi qeyd etməsi heç də təsadüfi deyil və bu siyasət Fransanın soyqırımlarla dolu tarixinə söykənir.
Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adasıüzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma vəərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir;
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir;
Fransa erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.
Beləliklə, cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi və həyata keçirdiyi siyasət sadəcəöz haqlı mövqeyimizin müdafiəsi deyil, dünyanın hansı hissəsində olmasından asılı olmayaraq zülmdən əziyyət çəkən bütün insanların haqq səsidir vəədalətin müdafiəçisi olmağa hər zaman davam edəcək.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB