"İikili standartların, qərəzli yanaşmaların davam etdiyini görürük" - Deputat

"İikili standartların, qərəzli yanaşmaların davam etdiyini görürük" - Deputat

"Bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların Azərbaycana qarşı davam etdiyinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş keçirilmiş müşavirədə Dövlət Başçısının beynəlxalq hüquqla bağlı sözləri barədə deyib.

C.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə hər zaman olduğu kimi bir sıra aktual və mühüm mövzuların müzakirəsi ilə yadda qaldı: "Hər zaman olduğu kimi bu dəfə də Cənab Prezident beynəlxalq hüququn işləməməsi və bu sahədə mövcud problemlərlə bağlı öz fikirlərini yenidən ortaya qoydu. Bu, günümüzün reallığıdır ki, həqiqətən bu gün beynəlxalq hüquq işləmir və beynəlxlaq hüquqa da bel bağlamaq olmaz. Biz bunu öz ölkəmizin təcrübəsində də gördük: 30 il müddətində BMT-nin qətnamələri yerinə yetirilmədi və 30 il ərzində Azərbaycanın torpqaları işğal altında qaldı. İşğalçıların bizim ərazilərimizdən çıxarılması üçün də heç bir addımın atılmadığı göz önündədir. Hər zaman Cənab Prezidentin qeyd etdiyi kimi, bəzən BMT-nin elə qərarları olur ki, həmin qərarlar ən qısa zaman müddətində yerinə yetirilir və icra edilir. Azərbaycana gəldikdə isə Azərbaycanla bağlı məsələlərdə biz bu nümunəni görmürük və bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların bizə qarşı davam etdiyinin şahidi oluruq. Bu baxımdan bütün bunlar nəzərə alınaraq əlbəttə, beynəlxalq hüquqa bel bağlamaq olmaz. Azərbaycan özü güclü, prinsipial, qətiyyətli olmalıdır. Bu gün biz bunu Prezident İlham Əliyevin siyasətindıə və yanaşmasında açıq-aydın görürük".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə